Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ - Uşaqları qoruyun!

Tarix: 30-08-2019 10:48     Baxış: 3201 A- / A+
Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ - Uşaqları qoruyun!


Ümumdünya Səhiyyə Təşkilatı düynada qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib.


Manevr.az xəbər verir ki, xəstəlik əsasən Avropada yayılıb. Bundan başqa, Ukrayna, Rusiya, Albaniya, Çexiya, Yunanıstan, Türkiyə və digər dövlətlərdə daha çox yayılıb.

Ümumilikdə 6 ay ərzində 100 mindən çox qızılca xəstəsi qeydə alınıb. Bu virusa Azərbaycanda da rast gəlinir. Xəstəlik əsasən uşaqlar arasında yayılıb.

Oksford Universitetinin pediatrı Andrey Pollard qızılca xəstəliyilə bağlı bildirib ki, bu virus artıq təhlükə vəziyyətindədir.

Avstriya və İsveçrədə də bu virus yayılmağa başlayıb. Belçika və Qazaxıstanda da qızılca xəstəliyinə təsadüf edilib.

Nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələrdə bu virus yayıldığı üçün ölkəmiz üçün də təhlükə mövcuddur.

Hazırda Azərbaycanda vəziyyət nə yerdədir?

Suala cavab tapmaq üçün Azərbaycanın baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevlə əlaqə saxladıq.

Baş pediatr BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda qızılca epidemiyası mövcud deyil.

"Azərbaycana ötən ilin noyabr ayından gətirilmə xəstəliklər var. Bir çox xəstəliklərlə yanaşı qızılca da Ukrayna və Rusiyadan gətirilə bilər. Lakin hazırda Azərbaycanda epidemiya yayılmayıb.

Qızılcanın qarşısını almaq üçün bütün vasitələrimiz mövcuddur", - deyə Nəsib Quliyev bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar