Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qorxulu STATİSTİKA: Bu xəstəlikdən ölənlərin sayı AÇIQLANDI

Tarix: 29-08-2019 21:43     Baxış: 3209 A- / A+
Qorxulu STATİSTİKA: Bu xəstəlikdən ölənlərin sayı AÇIQLANDI


2018-ci ildə Azərbaycanda qan dövranı sisteminin xəstəlikləri üzrə ilk dəfə qeydə alınmış xəstələrin sayı 144719 nəfər olub.

Manevr.az-ın məlumatına görə Dövlət Statistika Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 15658 nəfəri revmatizmin fəal dövrü (xoreya daxil olmaqla), 14156 nəfəri ürəyin xroniki revmatik xəstəlikləri, 48031 nəfəri hipertoniya, 31023 nəfəri ürəyin işemik xəstəliyi, 6266 nəfəri serebrovaskulyar xəstəliklər, 2159 nəfəri endarteriit, obliterasiya olunmuş trombangit xəstəliyindən əziyyət çəkənlərdir.

İlin sonuna olan məlumata əsasən, qan dövranı sistemi xəstələrindən müalicə profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 288883 nəfərdir. Onlardan 24494-ü revmatizmin fəal dövrü (xoreya daxil olmaqla), 31176-sı ürəyin xroniki revmatik xəstəlikləri, 111086-sı hipertoniya xəstəliyi, 77687-i ürəyin işemik xəstəliyi, 9876-sı serebrovaskulyar xəstəliklər, 3997-si endarteriit, obliterasiya olunmuş trombangit xəstəlikləri ilə müalicə profilaktika müəssisələrində qeydiyyatdadır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il qan dövranı sisteminin xəstəliklərindən 33909 nəfər ölüb. Onlardan 17034 nəfəri kişi, 16875 nəfəri isə qadındır. 72 xəstə isə 0-17 yaş qrupuna aiddir. Ölənlərdən 19-u kişi, 14-ü qadın olmaqla 33 nəfəri ürəyin xroniki revmatik xəstəliklərindən, 1862-si kişi, 2323-ü qadın olmaqla 4185 nəfəri qan təzyiqinin yüksəlməsi ilə xarakterizə olunan xəstəliklərdən, 7957-si kişi, 6911-i qadın olmaqla 14868 nəfəri ürəyin işemik xəstəliyindən, 4097-si kişi, 4690-ı qadın olmaqla 8787 nəfəri serebrovaskulyar xəstəliklərdən vəfat edib.

Məlumata əsasən, 2018-ci ildə ölkədə ürək-damar sistemində cəmi 10078 əməliyyat aparılıb ki, onlardan 852-si 0-17 yaşlı uşaqlarda olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar