Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gavalının bilmədiyiniz 10 faydası — Hansı xəstələr yeməlidir?

Tarix: 27-08-2019 19:05     Baxış: 3196 A- / A+
Gavalının bilmədiyiniz 10 faydası — Hansı xəstələr yeməlidir?


İlk dəfə gavalı ağacının meyvələrini qurudub qara gavalı adlı faydalı quru meyvəyə çevirən xalqlar Xəzər dənizi sahillərində olub. Qara gavalının tarixi VI əsrə gedib çıxır.

Manevr.az medicina.az-a istinadın indi mövsümü olan və qurudulmaq üçün də bol olan gavalının tərkibi və orqanizmə ən əsas faydaları haqqında məlumatı təqdim edir:

100 qr gavalıda

A, B5, B6,B2,B9, C vitaminləri, fosfor, maqniy, kaliy, natrium, ftor, kalsium vardır.
Gavalı istər təzəsizi, istər qurusu insanın bütün orqan sistemləri üçün vacibli, faydalıdır.
Həkimlər çox zaman onu işlədici, öd qovucu və öd şirəsinin hasili üçün təyin edirlər.

1.Osteoporoz, sümük zəifliyi

Hazırda geniş yayılan bu bəlaya qarşı gavalı istifadə edilə bilər. Gündə 10 ədəd gavalı yemək qadınlarda və xərçəng xəstələrində sümük əriməsi və qırılmasının qarşısını alar. Hətta əncir belə bu təsirinə görə gavalıyla yanaşı dura bilməz.

2.Ürək xəstəliklərində

Gavakı yedikdə orqanizmə daxil olan polifenol, kaliy və nutrientlər ürək damar və əzələrinə möhkəmlik, elastiklik verir, ürək döyüntülərini normallaşdırır. Davamlı gavalı yedikdə ürək xəstəliklərinin yaranmasının qarşısını almaq olar.

3.Böyrəklər üçün

Gavalı sidikqovucu, böyrək təmizləyicidir, orqanizmdə maye artıqlığından şişi aparır, böyrəklərdən şlak və toksinləri təmizləyir.

4.Gözlər üçün

A vitamini görməni artırdığı üçün deməli gavalı da gözlər üçün faydalıdır. Kompüter qarşısında işləyənlər, cərrahlar və göz yorğunluğu olanlar hər gün 4-5 ədəd gavalı yesinlər.

5.Avitaminozda

Avitaminoz – bir çox faydalı vitaminləri defisit olan insanlar elə 5-6 ədəd gavalı yeməklə bu problemi 50% həll etmiş hesab edilir.

6.Boğaz gəlməsi, angina

Gavalının qabığı altında lətində iltihab və mikrob əleyhinə kimyəvi birləşmə vardır. Ona görə angina, stomatit və digər ağız, boğaz irinli xəstəliklərdə gavalı qaynadılmış dəmləmə ilə qarqara etmək lazımdır.

7.Orqanizmi cavanlaşdırır

Antioksindantlarla zəngin olan gavalı səhbəst radikalları zərərsizləşdirir, orqan və toxumaların qocalmasının qarşısını alır, bədəni gümrah saxlayır

8.Onkoloji şişlərə qarşı

Şişlərin yaranmasına səbəb olan zərərli radikalları çıxardığından həm xərçəngdən qorunmaq, həm də xəstəlik zamanı şişlərə qarşı gavalı və qurusu möcüzə təsir göstərir.

9.İmpotensiya və cinsi istəksizlikdə

Kişilərdə potensiyanı bərpa edir, eakulyatın tərkibini yaxşılaşdırır, qadınlarda klimakterik sindromu yavaşıdır, menstruasiyanı bərpa edir.

10. Sinir sistemini yaxşılaşdırır

B qrup vitaminlərlə zəngin olduğu üçün sinir sistemini möhkəmlədir, orqanizmi stresdən qoruyur, əsəbləri sakitləşdirir, həyəcanı azaldır, yuxusuzluqla mübarizə aparır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar