Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları

Tarix: 09-08-2019 22:48     Baxış: 3179 A- / A+
Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları

Boyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir. Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır.

Manevr.az medicina.az-a istinadən boyunda xırçıltı, şaqqıltı olmasının səbəblərini təqdim edir. Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız.

Ağrısız xırçıltı bu hallarda olur:


-Boynunu həddən artıq çox hərəkət etdirənlərdə, arıq insanlarda
-Kalsium mübadiləsi pozulmasında
-Boynun əzələ və bağ aparatına duz yığılmasında
-Döndərici və əyici əzələnin spazmı

-Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi
-Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması

Başı sağa-sola əyəndə, boynu çevirəndə ağrılı xırçıltının səbəbləri:

-Daha mürəkkləb patologiyalardan xəbər verir: ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəlikləri
Ostexondroz zamanı boyun fəqərələri yeyilir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır. Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur.

Müalicə

İlk növbədə yuxarıdakı səbəblər araşdırılmalıdır. əgər xırçıktı müvəqqətidirsə, fizioloji haldırsa, heç bir müalicə tələb olunmur. Sadəcə xəstə boynuna düşən yükü azaltmalı, arada əzələləri rahatlatmalı, yüngül masaj, boyun hərəkətləri etməlidir.

Bu problemin müalicəsi ilə həkim vertebroloq, manual terapevt, nevroloq və fizioterapevt məşğul olur. Siz iri klinikalarda bu həkimləri araşdırıb, müalicə də bilərsiz.

İlk növbədə nevroloqa müraciət edib rentgen və MRT olunur, nəticəyə görə müalicə və terapiya seçilir.

Eləcə də siz Şərq, Çin metodikası üzrə bel, onurğa, boyun möhkəmləndirilməsi gimnastik hərəkətlərini evdə edə bilərsiz. Bu hərəkətlər video və şəkillərlə youtube kanalında var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar