Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Diş sağlamlığını qorumamaq xərçəngə belə yol aça bilər

Tarix: 09-08-2019 09:47     Baxış: 3249 A- / A+
Diş sağlamlığını qorumamaq xərçəngə belə yol aça bilər


Dişlərimizin sağlamlığı sadəcə bəmbəyaz gülüşlər üçün deyil ümumi sağlamlığımız üçün də əhəmiyyətlidir.

Manevr.az Türkiyə mediasına istinadla bildirir ki, dişlərə lazımlı qulluq edilmədikdə bədəndə ciddi xəstəliklər yaranma təhlükəsi var. Diş həkimləri dişdəki kiçik bir çürüyün müalicə olunmadıqda ürək-damar xəstəliklərinə, revmatizmaya, xora, böyrək və qara ciyər problemlərinə, hətta xərçəngə belə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Gələcəkdə yarana biləcək problemlərin qarşısına keçə bilmək üçün ağız və diş baxımını davamlı etmək, qoruyucumüalicələri etmək vacibdir.

Bunun üçün səhər və axşam dişləri fırçalamaq, diş sapından istifadə etmək və ağız qarqaraları ilə dişlərin ətraflı təmizliyini etmək vacibdir.

Bundan başqatarazlı qidalanmaq da diş sağlamlığı üçün əhəmiyyətlidir. Qidalanmada ilk prinsip bədən üçün lazım olan vitamin, mineral, karbonhidrat kimi qidaların davamlı şəkildə qəbul olunmasıdır. Bu tarazlığı pozan bütün vərdişlər ümumi sağlamlığımız qədər diş sağlamlığına da mənfi təsir göstərir.

Diş sağlamlığı üçün fındıq, qoz kimi sərt qidalar diş ilə qırılmamalıdır. Yer kökü, alma kimi lifli və çox sərt qidaları yemək bir növ diş fırçası vəzifəsini yerinə yetirərək dişləri təmizləyir və gücləndirir.

Şəkərsiz saqqız çeynəmək dişlərin təmizlənməsinə kömək edir.

Şirniyyat, şokolad kimi qidalardan sonra dişlərin xüsusilə fırçalanması və ya bol su ilə yaxalanması vacibdir.

Çox soyuq və ya isti qidalaradan uzaq durmaq da əhəmiyyətlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar