Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yaddaşı zəifləyənlər sürətlə çoxalır - Tanınmış psixoterapevt səbəblərdən DANIŞDI

Tarix: 06-08-2019 16:25     Baxış: 4218 A- / A+
Azərbaycanda yaddaşı zəifləyənlər sürətlə çoxalır - Tanınmış psixoterapevt səbəblərdən DANIŞDI

Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.

Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik - “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, “Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.

Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik?

Psixoterapevt Elmir Əkbər modern.az-a açıqlamasında bildirib ki, yaddaşsızlıq probleminin kökündə çox vaxt diqqətsizlik dayanır.

“Çox təəssüf ki, insanların maarif dərəcəsi çox aşağı olduğundan, onlar yaddaşla diqqəti qarışdırırlar. Məlumatı, yaxud hər hansı bir şeyi diqqətlə yerinə yetirmir ki, sonra da yadına sala bilsin. Məsələn, kimsə birisinə nəsə söz deyir, ancaq həmin adam özündə deyil, çünki fikri onda olmur. Əsas vacib səbəblərdən biri də depressiyadır. Düzdür, bu həqiqi yaddaş problemi deyil, ancaq yaddaşsızlığa birbaşa təsir edən amillərdən biri hesab olunur. Həmçinin, nevroloji sıxıntı da bu problemin kökündə dayanır. Bu problemi psixoterapiya ilə, konsultasiyalar ilə aradan qaldırmaq mümkündür”.

Elmir Əkbər qeyd edib ki, psixoloji tərəfdən yanaşsaq müasir cəmiyyətdə gənc insanların yaddaş probleminin əsas səbəblərindən biri gününü düzgün strukturlaşdıra bilməməsidir.

“ İnsanın psixoloji proqramı şüuru düzgün tənzimləmir. Bunun üçün psixoterapevtlər tərəfindən müxtəlif təlimlər keçirilir. Hansı ki, orda iştirak edənlər psixoloji enerjisini, fəaliyyətini düzgün şəkildə tənzimləyir. Əsl yaddaş problemi beyinin damar xəstəlikləri, beyin atrofiyası organik xəstəliklərdə özünü göstərir. Bu isə çox az hallarda rast gəlinən bir məsələdir, adətən yaşlı insanlarda olur.

Bundan əlavə, yaddaş sferasının özünün problemləri var. Yaddaşın özünün həqiqi yaddaş pozulması var. Məsələn, Ribo qanunu var ki, çox yaşlı insanlarda sanki kitabın vərəqləri bu gündən dünənə doğru vərəqlənir. Əvvəlcə ən isti məlumatlar yaddan çıxır, nə baş verdiyini belə yadına sala bilmir. Soruşursan: “səhər nə yemişdin?”, yadına düşmür, ancaq sual ver ki, 50 il bundan qabaq toyunda nələr olmuşdu, necə paltar geyinmişdin? Bunları bir- bir danışacaq. Əvvəlcə təzə olan hadisələr yaddan çıxır, sonra yavaş-yavaş keçmişə doğru gedir. Bu hal yaddaşın Ribo qanunu üzrə pozulmasıdır”.

Elmir Əkbər məsləhət görür ki, kimsə yaddaşsızlıqla bağlı nələrisə hiss edirsə, həkim psixoterapevtə müraciət etsin.

“Yaddaşsızlığın dərəcəsi müəyyənləşdirməlidir. Əgər lazım gələrsə dərman yaza bilər. Deyirlər ki, möcüzəvi dərmanlar var, iç yaddaşın güclənəcək. Bu düzgün deyil. Çox cüzi sayda dərman var ki, onların adlarını biz özümüz açıqlamırıq. Ona görə ki, insanlar ondan sui-istifadə edirlər. Çünki onu düzgün istifadə etməyəndə narkotik aslılıq yaradır. Ancaq elə adi dərmanlar var ki, onu istifadə edirlər və o yaddaşa təsir etmir, sadəcə beyini qidalandarır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar