Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Tarix: 06-08-2019 08:37     Baxış: 3146 A- / A+
Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Şəkərli diabet, bronxial astma kimi xəstəlikləri olan şəxslər maqnit qasırğası olan müddətdə həkim nəzarətində olmalıdırlar.

Manevr.az xəbər verir ki, bu sözləri Şamaxı Astrofizika Rəsədxanasının avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumatına münasibət bildirən tibb eksperti, professor Adil Qeybulla deyib.

O bildirib ki, maqnit qasırğaları yaşından asılı olmayaraq meteohəssas insanlara mənfi təsir göstərir:

“Maqnit qasırğası təzyiqi tez-tez dəyişən, damarlarında spazma gedən insanlar daha çox təsir edir. İqlim dəyişmələrinə həssas olan insanlar bu cür hava şəraitində daha diqqətli olmalıdırlar. Yaxşı olardı ki, maqnit qasırğası gözlənilən günlərdə müəyyən xəstəlikləri olan insanlar həkimləri ilə məsləhətləşsinlər və onları nəzarətində olsunlar. Bronxial astma, şəkərli diabet, xroniki xəstəlikləri olan insanlar bu cür hava şəraitində səhhətlərinə diqqət etməli və lazım olan dərmanları qəbul etməlidirlər. Meteohəssas insanların bu dövrü ev şəraitində keçirməsi daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumat yayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar