Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İtalyan həkimlərdən inanılmaz əməliyyat: 69 yaşlı xəstə...

Tarix: 03-08-2019 18:10     Baxış: 4230 A- / A+
İtalyan həkimlərdən inanılmaz əməliyyat: 69 yaşlı xəstə...
İtaliyanın Lenyano şəhərində neyrocərrahlar pasiyentin hipnoz vəziyyətində və anesteziya tətbiq edilmədən onun beynində əməliyyat aparıblar. “Corriere della Sera” nəşrinin yazdığına görə, bu metod həmin xəstəxananın tarixində ilk dəfə tətbiq edilib, ümumiyyətlə hazırda neyrocərrahiyyədə bu qəbildən üç əməliyyat aparılması məlumdur.

Manevr.az xəbər verir ki, 69 yaşlı Pyero de Bernardi velosipeddən yıxılandan sonra onun kəlləsinin sağ tərəfində hematoma yarandığı üçün o, ayağını və sol əlini tərpədə bilmirdi. Bu şəxs mama işləyən qızının məsləhəti ilə klinik eksperimental hipnozun sınaqdan keçirilməsinə razılıq verib. Əməliyyat uğurlu olub və indi Pyero de Bernardi yenə yeriyə bilir.

Turində İtaliya Klinik-Eksperimental Hipnoz Mərkəzində təlim keçmiş neyrocərrah Andrea Çividini deyib:

“Mən Karl Qustav Yunqun əsərlərini oxuyandan sonra hipnozu öyrənməyə başladım. Bu fizioloji vəziyyətin üstünlüyü ondan ibarətdir ki, şüur yox olur və şey qeyri-şüuri vəziyyətdən asılı olur. Mən pasiyenti təhlükəsiz və salamat yerə qaytardım. Bizim hər birimizin orqanizmində bu cür yer var. Yaddaş ağrını hissi etməmək qabiliyyətini inkişaf etdirə bilir”.

Çividininin həmkarları əvvəlcə bu yeni metoda şübhə ilə yanaşırdılar, lakin indi onların şübhələri yox olub. Həkimlər gələcəkdə də müvafiq əməliyyatlıar zamanı hipnozun tətbiq edilməsini planlaşdırırlar.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar