Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK

Tarix: 03-08-2019 10:34     Baxış: 3220 A- / A+
Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK


İzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb.

Manevr.az xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb.

Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib.

Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb:

“Biz də burada badımcanın iki xüsusiyyətindən istifadə etdik. Badımcana baxanda çox parlaq, düz və hamar olduğunu görürük. Bunu təmin edən badımcanın içindəki kimyəvi maddələrdir. Biz bu kimyəvi və parlaq maddənin insana təsirini öyrəndik. Ancaq dəriyə mənfi təsiri olmaması üçün bir neçə yol axtarışına çıxdıq. Laboratoriyamızda dərman formulunu inkişaf etdirdik. Nanotexnologiya üsullarla molekulu dərman olaraq istifadə etməyə çalışmışıq. Araşdırma göstərdi ki, qlikoalkaloid dəriyə çox xeyirdir.

Bir xəstənin dil xərçəngi hüceyrəsində dərmanı sınadıq və uğurlu alındı. Sonrakı mərhələdə onun siçanlar üzərində təsirlərini araşdıracağıq. Əgər bu nəticələr də müsbət olarsa, dərman şəklində istehsal olunacaq. Dərmanın bütün dəri xəstəliklərində, başda dəri xərçəngi, çiban olmaq üzrə bir çox dəri xəstəliklərinə yaxşı təsir edəcəyini düşünürük”.

Araşdırmada o da qeyd olunub ki, badımcandakı qlikoalkaloidlər yüksək dozada qəbul edildiyi zaman toksik təsirə səbəb olur, hətta ölümə apara bilər. Odur ki, maddə dəriyə nano texnologiyaları ilə nüfuz etdirilib. Nano texnologiyaları ilə hüceyrə içinə daxil edildiyi üçün daha çox təsir göstərir. Bir növ damcı üsulu ilə tətbiq edilir. /Milli.Az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar