Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər qanda şəkərin miqdarını tər ilə ölçəcək üsul hazırlayıblar

Tarix: 28-07-2019 14:48     Baxış: 3263 A- / A+
Alimlər qanda şəkərin miqdarını tər ilə ölçəcək üsul hazırlayıblar


Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək üsul hazırlayıblar.

Manevr.az
xəbər verir ki, bu yeni metod barədə məlumatı Moskva Dövlət Universitetinin (MDU) mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir ki, yeni biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. MDU-nun kimya fakültəsinin alimləri biosensorun prototipini təqdim ediblər və qeyd ediblər ki, bu yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək. Onların sözlərinə görə, yeni biosensor yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.

MDU-nun laboratoriyalarında könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin qeyri-invaziv metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, planetimizdə əhalinin 5 faizi şəkərli diabetdən əziyyət çəkir. Diabet ürək-damar xəstəlikləri, korluq, aşağı ətrafların amputasiyası, böyrəklərin fəaliyyətinin pozulması və digər ağır fəsadlara səbəb olur. Bu xəstəliklərin inkişafının qarşısını almaq üçün diabetdən əziyyət çəkən insanlar qanın tərkibində qlükozanın səviyyəsinin müəyyən normalar daxilində qalmasına nəzarət etməlidirlər. Lakin qan analizi onlarda rahatsızlığa səbəb olur və müəyyən risklər yaradır. Bu səbəbdən alimlər uzun müddətdir ki, qeyri-invaziv metodlar üzərində iş aparırlar. MDU-nun laboratoriyalarında hazırlanmış biosensor prototipi qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə dolayısı ilə qlükozanın səviyyəsini müəyyən edir./azərtac/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar