Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng bu üsulla 5 il öncədən təsbit ediləcək - Qan verməyə, biopsiyaya gərək qalmadı

Tarix: 28-06-2019 11:31     Baxış: 3166 A- / A+
Xərçəng bu üsulla 5 il öncədən təsbit ediləcək - Qan verməyə, biopsiyaya gərək qalmadı


Elm adamları prostat xərçənginin diaqnozunu asanlaşdıracaq mükəmməl bir test yaradıblar.

Verilən açıqlamaya görə, "Prostat Sidik Riski" (PUR) adı verilən bu üsul gərəksiz test, biopsiya və həkim görüşlərinin qarşısını alacaq.

İngilis qəzeti "Huffinqton Post"da yer alan xəbərə görə, inkişaf etdirilən sidik testinin köhnə metodlara nisbətən həssas olduğunu bildirən mütəxəssislər bu üsul sayəsində lazımsız yerə edilən biopsiyaların qarşısını alacaq. Bu üsul əvvəldən prostat xərçəngi diaqnozu qoyulmuş və xərçəng riski daşıyan şəxslərdə istifadə ediləcək.

Xərçəng riski daşıyanlar üçün bir çox çətinliyi aradan qaldıracam bu test qan vermə, rəqəmsal rektal müayinə və prosesi minimuma endirəcək. Bildirilib ki, hal-hazırda həkimlər xərçəng riski daşıyan xəstə ilə daha az riski olan şəxsləri ayırmaqda çətinlik çəkirlər. Bu test nəticəsində bu çətinlik də aradan qalxacaq və daha həssas diaqnoz mümkün olacaq.

"PUR" testi üçün aparılan araşdırmalarda 537 kişidən alınan sidik nümunəsi 168 fərqli genə baxılaraq incələnib. Nəticədə 35 nəfərdə xərçəng riski təsbit edilib.

Araşdırma rəhbəri Ceremi Klark bildirib ki, bu testin əsas üstünlüklərindən biri xəstəliyi 5 il əvvəldən təsbit edə bilməsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar