Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqların gözlərinin altı niyə qaralır? - SƏBƏBLƏR

Tarix: 22-06-2019 19:41     Baxış: 3223 A- / A+
Uşaqların gözlərinin altı niyə qaralır? - SƏBƏBLƏR

İnsanın üz dərisi onun sağlamlığının aynasıdır. Dərinin rənginin dəyişilməsi, ləkələr, sızanaqlar, kapilyarların üzə çıxması və s. kimi əlamətlər hər hansı xəstəliyə işarə edə bilər.

Adətən gözlərin altında tünd ləkələr, dərinin torbalanması, şişməsi böyrək xəstəlikləri ilə əlaqələndirir. Lakin bu əlamətlərin digər səbəbləri də ola bilər. Bəzi hallarda bu ümumiyyətlə heç bir xəstəliyə işarə etmir və sadəcə insanın özəlliyidir.

Uşaqlarda da gözlərin altında göy kölgələr əmələ gələ bilər. Bu adətən analarda ciddi narahatlığa səbəb olur.

Manevr.az saglamolun.az-a istinadən uşaqlarda gözlərin altında tünd ləkələrin əmələ gəlməsinin səbəbləri ilə tanış edir:

1. Genetika


Dərinin çox nazik olması və kapilyarların onun altında yaxın yerləşməsi belə ləkələrə səbəb ola bilər. Bu anatomik xüsusiyyətdir və heç bir xəstəliyə işarə etmir. Bu simptom ana və ya atada, yaxın qohumlarda (baba, nənə, əmi, bibi, xala, dayı) olur.

2. Yorğunluq


Bu əsasən məktəblilərə aiddir. Məktəb dərsləri, hazırlıqlar, müxtəlif dərnəklər uşağın həddindən artıq yorulmasına səbəb olur. Bu da öz növbəsində üşağın xarici görünüşünə təsi edir - solğun dəri, gözlərin altında qara kölqələr.

3. Düzgün olmayan qidalanma


Uşağın qidalanması sağlam və tamdəyərli olmalıdır. Meyvə-tərəvəz, müxtəlif sıyıqlar, süd məhsulları, ət, yumurta qidalanmada daim olmalıdır.

4. Yuxunun az olması


Məktəblilər orta hesabla 9-10 saat yatmalıdır. Əks halda bu onların sağlamlığına mənfi təsir edir, müxtəlif pozulmalara yol açır.

Uşaq 22.00-dan gec olmayaraq yatmağa gedməlidir.

5. Açıq havada az olmaq


Uşaq hər gün ən azı 1 saat açıq havada olmalıdır. Əgər uşaq açıq havada olmur, daim qapalı evdə qalırsa və xüsusilə də məhdudiyyətsiz kompüter, telefon, planşetdən istifadə edirsə, bu onun sağlamlığında və xarici görünüşündə çox ciddi iz qoyur.

6. Qanazlığı


Bu da qara kölgələrin ən yayılmış səbəblərindəndir. Qanazlığı olan uşaqların dərisi çoz solğun, ağ olur, nazilir ki, altındakı kapilyarlar daha aydın görünməyə başlayır. Gözlərin altında olan dəri çox nazik olduğundan tünd kapilyarlar burada kölgələrin əmələ gəlməsinə səbəb olur.

7. Qurdlar


Qurdlar uşağın orqanizmini zəhərləyir ki, bu dərinin vəziyyətinə də təsir edir.

8. Böyrək xəstəlikləri


Bu səbəbi də istisna etmək olmaz.

Pediatların fikrinə görə, xəstəlikdən öncə uşağın fiziologiyası, gözaltı dəri, genetik amillər araşdırılmalıdır. Əgər nəsildə çox adamda belə hal varsa, deməli, narahatlığa əsas yoxdur.

Əgər uşaq yaxşı yatır, aktivdir, normal yeyir, analizlər qaydasındadırsa, gözlərin altının rəngini dərd etməyin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar