Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək

Tarix: 13-06-2019 13:37     Baxış: 2223 A- / A+
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək


Səhiyyə Nazirliyinin "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın icrasına dair tədbirlər planı təsdiqlənib.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu il ərzində "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin hazırlanması, sənədə rəy və təkliflərin hazırlanması, eləcə də sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və ya yeni norma və qaydaların hazırlanması nəzərdə tutulub.

Həmçinin ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması da tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar