Sizin Reklam Burada
Xəbər lenti
19 avqust
18 avqust
BÜTÜN XƏBƏRLƏR

Bakıda həkimlər “göy uşağı” əməliyyat etdilər - ŞƏKİL

Tarix: 11-06-2019 09:49     Baxış: 336 A- / A+
Bakıda həkimlər “göy uşağı” əməliyyat etdilər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub.

Universitetdən verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov "Fallo tetradası"ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib.

Cərrah "Fallo tetradası"nın 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsuru olduğunu söyləyib.

Onun sözlərinə görə, bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir. Bu zaman dəri və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaqların" inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalır. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstələr huşunu itirə bilər.

"Fallo tetradası"ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirməsi müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır.

Müalicə yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub. Medikamentoz müalicəyə baxmayaraq, uşaqda son aylar çəki artımı dayanıb, göyərmə tutması tezliyi isə çoxalıb. Kardiocərrah R.Həsənovun dediyinə görə, xəstənin dərhal əməliyyat olunmasına qərar verilib:

"Əməliyyat zamanı aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə mədəciklər arasındakı dəliyi bağladıq. Sağ mədəciyin çıxış yolundakı darlığı pulmonar qapağı qoruyaraq aradan qaldırdıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Xəstə 3 gün reanimasiyada təqib edildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirildi".

Həkim bidirir ki, uşaq əməliyyatdan 10 gün sonra evə yazılıb./milli.az

Manevr.az


Bakıda həkimlər “göy uşağı” əməliyyat etdilər








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar