Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mayalanma necə baş verir?

Tarix: 09-06-2019 14:25     Baxış: 3252 A- / A+
Mayalanma necə baş verir?

Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prosesi başlayır.

Yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir.

Spermatozoidlər isə əksinə olaraq, öz quyruqları hesabına tam sərbəst şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər. Eyakulyasiyadan (spermanın xaric olması) sonra spermatozoidlər uşaqlığın və uşaqlıq borularının yığılması nəticəsində tez bir zamanda cinsi yollarla qalxmağa başlayırlar. Quyruğunun köməkliyi ilə hərəkət etmək qabiliyyətindən isə spermatozoidlər yolun son hissəsində, uşaqlıq borusunda və mayalanma prosesində istifadə edirlər.

Yumurta hüceyrəsinə qədər ancaq bir neçə yüz ən güclü və sağlam spermatozoid çatır. "Zəif" (quruluşunda çatışmazlığı olanlar, xromosom mutasiyalarına məruz qalanlar və s.) spermatozoidlər qadın cinsi yollarında məhv olurlar.

Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Optimal şəraitdə spermatozoidlər bu hissəyə eyakulyasiyadan sonra 1,5-2 saat sonra gəlib çata bilirlər. Əgər burada onları "gözləyən" yumurta hüceyrəsi (o, ovulyasiyadan sonra yalnız 24 saat müddətində yaşayır) olarsa mayalanma prosesi baş verir. Əgər "görüş yerində" yumurta hüceyrəsi olmazsa, mayalanma qabiliyyətini tam şəkildə saxlamaqla, spermatozoidlər 3 gün ərzində burada onu "gözləyə" bilərlər.

Mayalanma zamanı qadın cinsi hüceyrəsi, həmçinin spermatozoidləri "özunə cəlb edən" və öz yerini tapmaqda onlara köməklik edən xüsusi maddə ifraz edir. Bir yumurta hüceyrəsini eyni zamanda xeyli sayda spermatozoidlər "tapır". Ancaq onun daxilinə keçmək o qədər də asan olmur. Belə ki, yumurta hüceyrəsinin ətrafında şüalı çələng adlanan hüceyrələrdən ibarət özünəməxsus maneə qişası olur. Çoxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bir (nadir hallarda iki-üç) spermatozoid yumurta hüceyrəsinin içərisinə daxil olduqdan sonra yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoid və yumurta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar.

Beləliklə, cüt xromosom dəstinə malik (50% ana və 50% ata) birhüceyrəli rüşeym olan ziqota əmələ gəlir. Mayalanmış yumurta hüceyrəsi 4 gün ərzində uşaqlıq borusu ilə hərəkət edərək usaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3 gün ərzində sərbəst qalır. Mayalanmadan 7 gün sonra onun endometriuma daxil olması (impantasiya) baş verir: 0,5 mm ölçüsündə olan rüşeym uşaqlıq divarına bitişərək 2 gündən də az bir müddət ərzində tamamilə onun daxilinə keçir.

Mayalanma baş vermədikdə isə yumurta hüceyrəsi uşaqlıq boşluğuna daxil olaraq burada məhv olur.faktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar