Sizin Reklam Burada
Xəbər lenti
24 sentyabr
23 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Bədəndə suyun çatışmadığını göstərən əsas əlamətlər

Tarix: 08-06-2019 23:10     Baxış: 3136 A- / A+
Bədəndə suyun çatışmadığını göstərən əsas əlamətlər

Yaz ailə piknikləri, çimərlik, yürüş və açıq idman üçün əla fürsətdir. Təəssüf ki, uzun müddət günəşdə qalmaq zərərlidir. Ehtiyatsızlıq günəş yanıqları, qıcolma, tutma, hətta günvurmasına səbəb ola bilər.

Amma ən geniş problem susuzluqdur, tərləmə yolu ilə orqanizm mikroelementlər və elektrolitlərlə birlikdə həddən artıq çox maye itirir. İntensiv məşqlər və istənilən naxoşluq bu problemi daha da ağırlaşdırır. Susuzluq istənilən yaş insanları hədələyir, amma ən çox balaca uşaqları, körpələri və yaşlıları.

Susuzluğun əsas əlamətləri:

Güclü yanğı;

Ağız quruluğu

Zəiflik;

Baş ağrısı;

Başgicəllənmə;

Əzələ spazmları;

Qurumuş dodaqlar;

Əsəbilik;

Sidiyin miqdarının azalması və rənginin tündləşməsi;

Huşunu itirmək;

Simptomları vaxtında sezmək və müdaxilə ilə bütün bunların qarşısını almaq asandır.

1. Su çox için


Əlbəttə ki, susuzluğa yol verməmək ən yaxşı üsuldur. Gün ərzində 2 litrə yaxın su için. Elektrolitlərin səviyyəsini dəstəkləmək üçün suya limon sıxmaq və ya meyvə suları (şəkərsiz) əlavə etmək olar.

2. Yüngül geyinin


İsti aylarda yüngül və açıq rəngli paltarlar geyinmək lazımdır. Tünd rənglər istini özünə çəkərək temperaturu artırır, dar geyimlər isə tərin dəridən buxarlanmasına imkan vermir və canına çəkir.

Tərləmək orqanizmin sərinləməsinin təbii sistemidir, odur ki, yüngül paltar geyinin ki, bədən çox qızmasın.

3. Ultrabənövşəyi şüalardan özünüzü qoruyun


Günəşin altında çox gəzməyin, əgər bu, qaçılmazdırsa, o zaman kölgə ilə getməyə çalışın. Geniş şlyapa və gün eynəyi taxın. Yanıqlardan qorunmaq üçün günəşqoruyucu SPF tərkibli kremlər çəkin. Əgər çimərliyə gedirsinizsə, krem suya davamlı olmalıdır. Həmçinin dodaqlara da SPF balzam sürtmək mütləqdir.

4. Diuretiklərdən çəkinin.


Diuretik – maye itkisi yaradan sidikqovucu preparatlar və ya məhsullardır. Qəhvə və kola kimi içkilər sidikqovucu xüsusiyyətə malikdir, odur ki, onlardan imtina etmək daha yaxşıdır. Həmçinin siqaret çəkmək tövsiyə edilmir.

5. Meyvə və tərəvəzlər yeyin


Qarpız, xiyar, pomidor, üzüm, alça və qovun kimi meyvə və tərəvəzlərin tərkibinin böyük hissəsini su, əvəzolunmaz mikroelement və elektrolit təşkil edir. Orqanizmi təbii suyla doydurmaq üçün mümkün qədər çox meyvə-tərəvəz yeyin. Amma yağlı və ədviyyəli yeməklərdən imtina etmək daha yaxşıdır, çünki onlar turşuluq dərəcəsini yüksəldir.

6. İntensiv məşqlərdən imtina edin


İntensiv məşqlər güclü tərləməyə səbəb olur, susuzluq yaradır. Qapalı yerlərdə məşq edin və idmandan əvvəl su için. Özünüzlə su butulkası daşıyın.publika.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar