Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qidaların psixologiyamıza QƏRİBƏ TƏSİRİ

Tarix: 07-06-2019 23:18     Baxış: 3619 A- / A+
Qidaların psixologiyamıza QƏRİBƏ TƏSİRİ

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

Manevr.az bu yazıda qidaların insan psixologiyasına təsiri ilə tanış edir.

1. Düyü


Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

2. Qızardılmış qardağıdalı


Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir.

3. Tuna balığı


Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur.

4. Donuz piyi


Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir.

5. Taxıllar


Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır.

6. Qara şokolad


Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır.

7. Pendir


Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər.

8. Bişmiş kartof

Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır.

9. Paxla


Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər.

10. Sarıkök


Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir.

11. Zəfəran


Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir.

12. Darçın


Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar