Sizin Reklam Burada
Xəbər lenti
22 iyul
21 iyul
BÜTÜN XƏBƏRLƏR

Bildirçin yumurtası dil açırmı? - Loqopeddən izah

Tarix: 06-06-2019 13:33     Baxış: 325 A- / A+
Bildirçin yumurtası dil açırmı? - Loqopeddən izah


Son zamanlar uşaqların, xüsusən də oğlanların gec dil açması problemi aktualdır. Adətən yaşlı nənələr oğlan uşaqlarının qız uşaqların nisbətən gec dil açmasının normal olduğunu bildirirlər.


Lakin analarlı narahat edən bu problem həqiqətən də yolunda getməyən bir sıra məqamlardan xəbər verir. Həkimlərin bildirdiklərinə görə, nitq qabiliyyəti normal inkişaf edən uşaq 4-5 ayından etbarən səslər çıxarmalı, 1 yaşından isə qisa sözlər söyləməlidir.

Bəs görəsən oğlan uşaqları hansı səbəblərdən qızlara nisbətən gec danışmağa başlayır? Ana neçə yaşdan sonra loqoped axtarmalıdır? Müxtəlif türkəçarə, bildirçin və ya göyərçin yumurtası həqiqətən dili acırmı?

Bu kimi suallara defektoloq - loqoped Vüsalə Qasımova cavab verib.

"Hər uşaqda nitq mərkəzinin inkişafı eyni dövrdə başlayır. Sadəcə olaraq qızlar daha aktiv olduqlarından tez danışmağı sevirlər. Bu isə genetikadan irəli gəlir. O yaş dövründə oğlanlar isə danışmaqdansa, daha çox hərəkətdə olmağı sevirlər. Buna görə də bu cür mənzərə yaranır.

Qızlar daha çox anaları ilə vaxt keçirdikləri üçün çox danışırlar və beləliklə də onların nitqləri sürətlə inkişaf edir. Oğlan uşağını da çox danışdırsan, o da tez və aydın danışmağa başlayacaq. Yəni qızların oğlanlardan tez danışdığının hər hansı bir tibbi, elmi əsası yoxdur.

Hər bir uşaq 2 yaşından sərbəst şəkildə cümlə quraraq danışmalıdır. Əgər bu gecikirsə, o zaman mütləq loqoped yoxlanışından keçirmək lazımdır. 4 yaşdan sonra uşaq bütün səsləri ifadə etməyi bacarmalıdır. O r, l , ş, j həriflərini tələffüz etməyi bacarmalıdır. Əgər edə bilmirsə, uşaq kəkələyirsə və ya cümlə qurmursa, o zaman yenə də loqoped uşağı müayinə etməlidir.

Onu da qeyd edim ki, hər hansı hərfi söyləyə bilməmək kifayət qədər yetkin insanlarda da müşahidə edilir. Bunun aradan qaldırılması heç zaman gec deyil".

"Bildirçin və ya göyərçin yumurtasının uşağın danışmasında rolu varmı?"

"Bu qədim türkəçarə metodunun da heç bir elmi əsası yoxdur. Uşağa göyərçin yumurtası verildiyi müddətdə, əgər o danışmağa başlayarsa bu onun artikulyasiya aparatının inkişaf etməsindən xəbər verir.

Bəzən elə olur ki, uşaq gec danışır və ya kəkələyir, amma valideynlər, əsasən də nənələr onu həkimə apararaq müalicə etdirmək əvəzinə xalq təbabəti üsullarına əl atırlar. Bu isə problemin daha da ləngiməsinə, uşağın atikulyasıya aparatının inkişafının pozulmasına, hətta uşaqda psixoloji və nevroloji problemlərin yaranmasına gətirib çıxarır.

Belə olduqda loqopedlər psixoloq və nevroloqlarla paralel işləyirlər. Buna görə də, yaxşı olardı ki, danışmayan uşağa göyərçin yumurtası içirmək əvəzinə gec olmadan həkimə aparsınlar"./medicina.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar