Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mütəxəssis: “Allergiyadan müalicə olunmaqdan daha çox qorunmaq lazımdır”

Tarix: 03-06-2019 21:18     Baxış: 3185 A- / A+
Mütəxəssis: “Allergiyadan müalicə olunmaqdan daha çox qorunmaq lazımdır”

“İnsanlar arasında daha çox yaz-payız aylarında allergiya halları müşahidə olunur. Bu fəsillərdə həm qidalarla əlaqəli, həm tozcuqlar, həm gül-çiçəkdən allergiya ola bilər. Qidalarla bağlı allergiyaya daha çox uşaqlar arasında rast gəlinir”.

Bunu report-a açıqlamasında pediatr-allerqoloq Amaliya Əyyubova deyib.

Onun sözlərinə görə, süd məhsulları, yumurta, balıq, şirniyyat və sitrus meyvələri daha çox uşaqlarda allergiya verə bilir: “Bu da bütün yaş qrupunda olan uşaqlarda qeydə alınır. Yəni xəstəliyin uşaqlar arasında yaş qrupu yoxdur. Hətta yeni doğulan körpədə də allergiya ola bilər. Böyüklərdə isə adətən havada olan tozcuqlar, tullantılar vasitəsilə yayılır. Bu tək Azərbaycanda yox, dünyada olan ekoloji problemlə əlaqəlidir”.

Mütəxəssis məsləhət verib ki, hər bir insan vaxtında həkimə müraciət edərək allergiyanın başvermə səbəbini öyrənməlidir: “Allergiyadan müalicə olunmaqdan daha çox qorunmaq lazımdır. Misal olaraq, allergiya günəşə qarşı da ola bilər. Belə olan halda həmin şəxs günəşin altında gəzməməlidir. O, ancaq kölgədə gəzməli, yaxud çətirdən istifadə etməlidir. Yaxud da havada olan tozcuqlara qarşı olan şəxslər evdə pəncərəyə tor vurmalı və gündə bir-iki dəfə nəm parça ilə silinməlidir. Eyni zamanda havaya çıxarkən qoruyucu maskalardan və gözünə eynək taxılmalıdır. Əgər vacib deyilsə çölə çıxmaq məsləhət deyil. Yaxud da hansı qidaya qarşı allergiya varsa onu rasiondan çıxarmaq labüddür. Qış mövsümünə doğru allergiya halları azala bilər”.

O qeyd edib ki, allergiyanın sonrakı ağır fəsadları özünü astma, təngnəfəslik və xışıltıların çoxalması halları ilə göstərir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar