Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınları narahat edən problem: Sidik saxlaya bilməmək nədən yaranır?

Tarix: 25-05-2019 23:13     Baxış: 2304 A- / A+
Qadınları narahat edən problem: Sidik saxlaya bilməmək nədən yaranır?



Qadınları ən çox narahat edən problemlərdən biri də sidiyi saxlaya bilməmək sayılır. Gündüz saatlarında, oyaq olan dövrdə istək xaricində sidik ifrazı baş verirsə, bu, sidiyi saxlaya bilməmək adlandırılır.


Bu problem necə yaranır? Belə problemlə üzləşəndə nə etmək lazımdır?

Manevr.az e-tibb.az-a istinadən cərrah-ginekoloq, uzman həkim Turab Canbaxışovun bununla bağlı fikirlərini təqdim edir:

Diaqnozunda sidik saxlaya bilməməyin miqdarı yoxdur: çünki gündəlik bez istifadə etmək məcburiyyətində olmasına baxmayaraq, şikayət etməyən qadınlarla bərabər, damcı şəklində və ya seyrək sidik saxlaya bilməməyi böyük problem olaraq görən qadınlar da var. Sidik saxlaya bilməmək probleminin böyüklüyü qadının sosial statusu ilə çox sıx əlaqədardır. Kənd şəraitində yaşayan qadınlar bu problem yaşla bağlı təbii proses kimi dəyərləndirib həkimə müraciət etmirlər. Şəhərlərdə yaşayan, xüsusən işləyən qadınlarda sidik saxlamazlıq dərin depressiya, təklik duyğusu və sosial münasibətlərdə daralmaya (sidik qoxusu, islanma hissi) yol açmaqla daha erkən vaxtlarda həkimə müraciətə səbəb olmaqdadır.

Qadınların 25 faizində həyatlarının hər hansı bir dövründə sidik saxlamazlığı olur. Sidik saxlamazlıq adətən qadınlar tərəfindən gizlədilən və utanılacaq bir əlamət kimi qarşımıza çıxır. Bir araşdırmada sidik saxlamazlığı olan qadınların 70 %-i həkimə başqa səbəblə müraciət etdiyi halda müayinə və anamnez toplanması zamanı sidik saxlamazlığın təyin edildiyi göstərilir. Qadın ömrünün uzanması ilə problem daha da böyüyür.

Sidik saxlamazlıq 3 əsas qrupa ayrılır:

Həqiqi stress sidik saxlamazlıq (əzələ və sinir gücsüzlüyü ilə əlaqədar)

Detrusor əzələnin qeyri-stabilliyi (sidik kisəsinin kontrol edilə bilinməyən yığılması)

Qarışıq (hər iki halın birlikdə olması)

Həqiqi stress sidik saxlamazlığa daha çox doğmuş qadınlar arasında rast gəlinir. Qasığın əzələ və sinirlərinin doğuş sırasında zədələnməsi öskürmə, asqırma, gülmə, pilləkən çıxma, yük daşıma, cinsi əlaqə zamanı qarın daxili təzyiqin artması nəticəsində xəstədə sidik ifrazının baş verməsinə səbəb olur. Müalicəsi adətən cərrahidir. Fiziki müalicə (qasıq əzələlərinin möhkəmləndirilməsi), elektriklə qıcıqlandırma ( stimulasiya ), menopauzadakı qadınlarda isə hormonal müalicə də bəzən aparıla bilər.

Detrusor əzələnin qeyri-stabilliyi ilə bağlı sidik saxlamazlığına adətən daha gec yaşlarda rast gəlinir. Buna baxmayaraq, sidik kisəsinin patologiyaları zamanı (daş, iltihab, şiş) hər zaman müşahidə oluna bilər. Bu xəstələrdə kiçik yaşlarda enurez, gecə yuxudan oyanaraq sidik ifraz etmə ( normalda 2 dəfə ola bilər ), gündüzlər tez-tez sidiyə çıxma (normalda 6 dəfə) daha çox rast gəlinir. Su səsi ilə sidik ifrazı hissi ola bilər. Adətən fiziki aktivliklə əlaqədar ani sidik ifrazı hissi ilə tualetə qaçan xəstə tualet qapısında sidiyini saxlaya bilmir. Cərrahi müalicənin xeyri yoxdur. Fiziki müalicə (sidik kisəsinin yenidən tərbiyəsi), elektrik stimulyasiyası və dərman müalicəsi tətbiq edilir.

Qarışıq sidik saxlamazlığı yuxarıda bəhs edilən hər iki halda, eyni xəstədə olur. Hər bir müalicə üsulu tətbiq edilə bilər. Əvvəl əməliyyat sonra fiziki müalicə, ya da dərman və ya elektrik stimulyasiyası və ya əvvəl fiziki müalicə sonra əməliyyat tətbiq edilə bilər.

Diaqnostikası necə aparılır?

İlk olaraq, xəstənin sidik saxlamazlıq forması təyin edilməlidir. Daha sonra ginekoloji müayinə aparılaraq sidik kisəsi, sidik kisəsi boynu, uşaqlıq yolu və uşaqlıqda sallanma olub-olmaması, xüsusən əvvəl keçirilmiş əməliyyatla bağlı sidik yollarından vaqinaya doğru formalaşmış kanalcıq, fistullarla əlaqədar davamlı sidik saxlamazlığın olub-olmaması araşdırılır. Bu proseslərdən sonra xəstənin sidik analizi, iltihab baxımından sidiyin mikrobioloji müayinəsi aparılır. Bu müayinələr nəticəsində problem aşkarlanırsa müvafiq müalicə təyin edilir. Daha sonra xəstənin sidik qaçırmasını izləmək üçün sidik kisəsinə müəyyən miqdar maye verilməklə və ya xəstənin sidik ifrazı hissinin olmasını gözlədikdən sonra gücənmə ilə əlaqədar sidik ifrazının olub-olmaması müayinə edilir. Sidik saxlamazlığın varlığını və ya miqdarını təyin etmək üçün bez testi də aparıla bilər.

Xəstə bu test üçün 24 saatlıq müddət ərzində dəyişdiyi bezləri gətirir. Bezlərin quru və yaş çəkiləri arasındakı fərq hesablanaraq sidik saxlamazlığın varlığı və miqdari təyin edilir. Xüsusilə daha əvvəl sidik saxlamazlıqla bağlı əməliyyat keçirməsinə baxmayaraq, yenə şikayəti olan xəstələr və əməliyyat ediləcək xəstələrdə daha ətraflı urodinamiki müayinələr aparılır. Bu prosedur zamanı xəstənin sidik kisəsinə taxılan kateter ilə fizioloji məhlul verilərək dolma, sidik saxlamazlıq və sidik ifrazı təzyiqləri kompüter vasitəsilə qeyd edilərək rəqəmsal və qrafik yolla yazılır. Urodinamikanın son dərəcədə mürəkkəb və bahalı analiz olması səbəbi ilə hər xəstəyə tətbiq edilmir. Müayinə və xəstənin anamnezindən faydalanaraq bəzi müalicə üsulları yoxlanıldıqdan sonra, nəticəyə görə urodinamiki müayinə və ya əməliyyata qərar verilə bilər.

Xanımlarda sidik qaçırtması varsa, mütləq həkimə müraciət etməlidirlər. Sidik saxlamazlığın növü aydınlaşdırıldıqdan sonra müvafiq müalicə aparılaraq həyat komfortu geri qaytarılmalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar