Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bağırsaq xorası nədir? - XƏRÇƏNGƏ SƏBƏB OLUR

Tarix: 29-04-2019 09:20     Baxış: 3288 A- / A+
Bağırsaq xorası nədir? - XƏRÇƏNGƏ SƏBƏB OLUR


"Xora xəstəliyi kəskinləşmə və xəstəliyin sakitləşməsi dövrlərinin əvəz olunması ilə gedən xroniki xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbi tam aydın olmasa da, xəstəliyə səbəb olacaq bir çox amillər var".

Manevr.az bildirir ki, bu sözləri medicina.az-a açıqlamasında həkim-terapevt Tural Qəmbərov deyib.

Həkim deyir ki, ağrıkəsicilər xora xəstəliyinə səbəb ola bilər: "Mədə və 12 barmaq bağırsağın soğanağını özünə məskən seçmiş "Helicobacter pylori" adlı bakteriya hansısa səbəbdən mədənin müdafiə faktorlarının azalması, tez-tez ağrıkəsicilərdən istifadə, zərərli vərdişlər, psixoemosional gərginlik, stress amilləri xəstəliyin yaranmasına şərait yaradır. Pasientlər göbəküstü nahiyədə (epiqastral) sancı şəkilli ağrı, bəzən ağrının sol tərəfə yayılması, bel və döş nahiyələrinə yayılan ağrılardan şikayətlənirlər. Xoranın yerindən asılı olaraq, ağrı yeməkdən 10-15 dəqiqə sonra və ya acqarnına, yeməkdən 2 saat sonra başlaya bilər".

Xora problemi bir sıra simptomlarla özünü büruzə verir. Həkim-terapevtin sözlərinə görə, bu xəstəliyə düçar olmusunuzsa, qıcqırma, turş gəyirmə, ürəkbulanma və qəbizlik kimi əlamətlər olur: "Bəzən xora xəstəliyi heç bir şikayət olmadanda davam edə bilər. Bu kimi hallarda tək əlamət xora yerindən qanaxma, xəstədə anemiya olur.

Xoranın yerindən asılı olmayaraq, müalicə taktikası eynidir. 90-95% hallarda xora xəstəliyi olan insanların mədə şirəsində "Helicobacter pylori" adlanan bakteriya aşkar olunur. Mədə xərçənginin yaranmasında bu bakteriyanın rolu böyükdür. Onun üçün bu tip şikayətləri olan xəstələrdə sakitləşdirici, mədə turşuluğunu azaldacaq vasitələrlə vaxt keçirib xəstəliyi daha da ağırlaşdırmadan həkimə müraciət edərək, müayinələrdən keçib düzgün müalicə qəbul etmələrini tövsiyə edirəm. Əgər xora xəstəliyi olan pasientlərdə "Helibacter pylori" bakteriyası aşkarlanarsa, ilk öncə müalicə bu bakteriyanın məhvinə yönəlməlidir. Onu da qeyd etmək istəyirəm ki, mədə xoralarında xərçəng əmələgəlmə riski böyük olduğu halda, on iki barmaq xoralarının xərçənglə ağırlaşması indiyə qədər qeydə alınmayıb. Yəni bu tərəfdən on iki barmaq xorası, mədə xorasına nisbətən daha yaxşı müalicə olunandır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar