Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ac mədəyə bu qidaları qəbul etməyin - Doğru bildiyimiz yanlışlar

Tarix: 12-03-2019 07:49     Baxış: 3261 A- / A+
Ac mədəyə bu qidaları qəbul etməyin - Doğru bildiyimiz yanlışlar

Səhər tezdən acqarına, boş mədəyə yediyiniz bir çox faydalı hesab etdiyiniz qidalar əksinə səhər yeməyinə yeyilməməlidir.

Manevr.az dietoloqların “qara siyahı”sını təqdim edir:

1. Sitrus meyvələri

Limon, portağal, mandarin, kivi və s. meyvələrin şirəsini səhərlər içmək, ac mədəyə meyvəsini yemək, hətta dəbdə olan səhərlər portağal şirəsi belə sən demə zərərli imiş. Ac mədəyə düşən sitrus meyvələri onun selikli qişasını qıcıqlandırır, turşu balansını pozur, allergiya verir, mədədə səpkilər yaradır.

Eləcə də, yenicə oyanan və gecə təmizləmə işini bitirmiş qaraciyəri səhər tezdən sitruslarla yükləmək olmaz. Acqarına portağal şirəsi mədə qastriti üçün qısa yoldur.

Sitrus meyvələrindən öncə mədəyə sıyıq, çörək və s. kimi qidalar daxil olmalıdır.

2. Banan

Bananda yüksək dərəcədə maqniy olduğu üçün, o ürəyi aktivləşdirir. Amma səhər tezdən banan yemək kalium-maqniy balansını pozur. Ona görə acqarına banan yedikdə insan günboyu əzgin olur.

3. Çiy tərəvəz

“Arıqlayacam”, “faydalıdır” deyərək səhər yeməyində çiy tərəvəzləri bol qəbul etmək zərərdir. Qastrit və xora çiy tərəvəzin turşu təsiri ilə artır. Onlar mədə divarını “yeyir”.

4. Yoqurt

Bu faydalı və dietik qidanı da acqarına yemək olmaz. Çünki yoqurt faydalı bakteriyalarla zəngindir. Orqanizmə isə səhər tezdən əlavə bakteriya yükü lazım deyil. Yoqurtu günorta və ya axşam yeyin.

5. Soyuq içkilər

Soyuq su, içki, şirə mədə divarını soyudur, yeyilən qidaların həzmini çətinləşdirir. Bu isə gün ərzində narahatlıq verir.

6. Şirniyyat

Araşdırmalara görə, 45 yaşdan sonra diabetdən əziyyət çəkən insanların əksəriyyəti səhərlər şirniyyat və şəkərli qidalar yeyən olublar. Səhər tezdən mədəaltı vəzi kifayət qədər insulin sintez etmək gücündə deyil. Ona görə, səhər acqarına şirniyyat vəzi üçün ölümcüldür.

7. Qəhvə və kofeinli içkilər

Səhər qəhvə içmək olar, amma yeməkdən sonra. Acqarına qəhvə mədə və qaraciyər üçün xoş deyil. Mədəaltı vəz isə qəhvəni xoşlamır.

Əgər bu qaydalara əməl etsəniz, mədə və qaraciyərinizi qorumuş olarsınız. Çünki səhər nə yeməyiniz gün ərzində sizə təsir edir.medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar