Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həftədə 4 dəfə sekslə məşğul olsanız... – İNANILMAZ FAYDALARI

Tarix: 21-11-2016 10:11     Baxış: 4617 A- / A+
Həftədə 4 dəfə sekslə məşğul olsanız...


Mütəxəssislər seksin sağlamlığa müsbət təsirləri olduğunu hər zaman vurğulayırlar. Lakin müntəzəm olaraq sekslə məşğul olmağın sağlamlığa faydaları daha çoxdur.

Manevr.az lent.az-a istinadən həmin faydalarla sizi də tanış edir.

Daha az stress

Aparılan araşdırmalardan biri sübut edib ki, həftədə iki dəfədən çox sekslə məşğul olan cütlüklər stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Seks əsnasında endorfin və oksitosin ifraz edilir. Bu hormonlar beyindəki zövq nöqtələrini fəaliyyətə gətirərək sakitlik və rahatlıq duyğuları yaradır. Narahatlıq və depressiya hissi isə uzaqlaşır.

Daha az ağrı

Orqazmdan sonra ifraz olunan hormonlar kürək və ya baş ağrılarına yaxşı təsir edir. Miqrendən əziyyət çəkən qadınların yarısı seksdən sonra daha az ağrı hiss etdiklərini deyirlər. Orqazm əsnasında ifraz olunan endorfin ağrıları azaldır.

Daha az xəstəlik

Asqırma, öskürmə və davamlı axan burun əlbəttə seksual deyil. Amma sekslə məşğul olmaqla qrip və soyuqdəymədən xilas olarsınız. Sekslə məşğul olan insanlarda yüksək səviyyədə immunoqlobulin A (IGA) var. Xəstəliklərlə mübarizə aparan anticismlər bədəni qrip və soyuqdəymədən qoruyur.

Daha gənc bir görünüş

Nizamlı olaraq (həftədə təxminən 4 dəfə) sekslə məşğul olan insanlar əslində olduğundan 7-12 yaş daha gənc görünürlər. Daim sekslə məşğul olmaq bədəndə testosteron və estrogen istehsalını artırır. Bu hormonlar bədənə gənclik və canlılıq verir.

Menstruasiya dövründə daha az ağrı

Qadın orqazma çatdıqda uterusu gərilir və ağrılara yol açan faktorlar aradan qalxır. Uterus bölgəsindəki gərilmə qanın daha tez axmasını və menstruasiya dövrünün daha erkən bitməsini təmin edir.

Daha formalı bir bədən

Sekslə məşğul olmaq 85-250 kalori yandırır. Kardioloqlar qaçma trenajorunda orta səviyyəli məşq etməklə sekslə məşğul olmağı bərabər hesab edirlər. Sekslə məşğul olmaq vücudu formalaşdırır, qarın, omba və kürək əzələləri işləyir.

Qeyd: 20 il ərzində 900 insan arasında araşdırma aparan tədqiqatçılar həftədə ən az 2 dəfə sekslə məşğul olanların infarkt keçirmə riskinin daha aşağı olduğunu müəyyən ediblər. Ayda bir dəfə və ya daha az sekslə məşğul olanların isə infarkt keçirmə riski daha yüksəkdir. Daim sevişmək kişilərdə prostat xərçəngi riskini də azaldır. Tez-tez boşalan kişinin reproduktiv funksiyaları sağlam fəaliyyət göstərir və xərçəngə gətirib çıxaran maddələrin bədəndən atılmasını təmin edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar