Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR

Tarix: 06-03-2019 10:29     Baxış: 3295 A- / A+
MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR


Tütün məhsullarından istifadə etmənin, piylənmənin və idmanla məşğul olmamanın infarkt keçirmə riskini artırdığını bir çoxumuz bilirik.

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, amma heç eşitmədiyiniz və bilmədiyiniz başqa faktorlar da var. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ürək-damar xəstəlikləri dünya miqyasında ən başlıca ölüm səbəblərindən biridir.
Gülməli səslənsə də ürək-damar xəstəlikləri riskini artıran səbəblərdən biri iş yerində müdirinizdən nifrət etməkdir. İsveçdə hər 10 ildə bir edilən araşdırmaya görə, iş yerində rəhbərliklə münasibətlərin pis olması insanların 40 faizində infarkt riskini artırır. Amerikanın Orlando şəhərindəki Ürək Sağlamlığı İnstitundan kardeoloq Vijay Kumar "Ürək xəstəlikləri iş yerlərindəki stres səviyyəsi ilə arta bilər" deyə bildirib. Qeyri-sağlam qidalanma və yuxusuzluq kimi risk faktorları ilə bir araya gəldikdə ürək-damar narahatlığı riski daha da artır.

Bir araşdırmaya görə, daha az sosial münasibəti olan insanların ürək xəstəliyi yaşama riski 29 faiz, infarkt keçirmə riski isə 32 faiz artır. Bunun səbəblərindən birinin yalnızlığın stresli ola bilməsi və yalnız insanların ətrafında hislərini tənzimləyən heç kimin olmamasının ola biləcəyi bildirilir.

Oksford Universitetində 2014-cü ildə edilən araşdırmada 700 mindən çox qadın səkkiz il müddətincə izlənilib. Həyat yoldaşı olan qadınların yalnız yaşayan qadınlara nisbətən infarktdan ölmə riskinin 28 faiz daha az olduğu müşahidə olunub.

Amerikan Ürək Təşkilatı ölkədəki ürək xəstələrinin 33 faizində depressiya ola biləcəyini bildirib. Mütəxəssislər psixoloji problemləri olan insanların sağlam qərarlar verməkdə çətinlik çəkdiyini də bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar