Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu iynə sizi öldürə bilər - Həkimdən xəbərdarlıq

Tarix: 28-02-2019 07:38     Baxış: 3319 A- / A+
Bu iynə sizi öldürə bilər - Həkimdən xəbərdarlıq

İnsan orqanizmində antibiotiklərə qarşı həssaslıq, allergik reaksiya ola bilər.

Manevr.az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla Şabranda 8 yaşlı uşağın antibiotik vurulduqdan sonra dünyasını dəyişməsi ilə bağlı danışarkən deyib. O, antibiotiklərin insan həyatı üçün təhlükəli olduğunu bildirib:

“Belə dərmanlar anafilatik şok yarada və ölümlə nəticələnə bilər. Bundan əvvəl arı sancması nəticəsində insan ölümü halları ilə qarşılaşmışıq. Çünki arı zəhərinin də insan bədəninə daxil olanda anafilatik şok yaratması mümkündür. Ən çox pensilin qrupuna daxil olan antibiotiklər allergik reaksiya ilə nəticələnir. Bununla yanaşı, xəstəyə antibiotiklər, ağrıkəsicilər, novokain və s. yeridiləndə əvvəlcə soruşulmalıdır ki, bu dərman əvvəldən ona vurulub, ya yox. Allergik reaksiyası olan və ya həssas orqanizmə sahib insanlara profilaktik olaraq antistamin dərmanlar (dimedrol, suprastin və s.) vurmaq lazımdır ki, heç olmasa, reaksiyası güclü olmasın.

Ümumiyyətlə, “sınaq” (“prob”) dünyanın heç yerində qəbul olunmur. Sınaqdan da insan anifilaktik şoka düşə bilər.

Antibiotik allergik reaksiyası olmayan insanlar üçün də problem yarada bilər. O zaman dərhal reanimasiya tədbirləri görülməlidir. Ona görə də ev şəraitində iynə vurmaq məsləhət deyil. Bizdə insanlarımız xəstələnəndə yoldan keçən birini çağırıb sistem qoşdurur, iynə vurdurur və s. Həmin xəstənin başına bir iş gəlsə, ev şəraitində ona hansısa formada kömək göstərmək də olmur”.

Həkimin sözlərinə görə, həb formasında olan antibiotiklər də insan səhhətinə mənfi təsir göstərə bilər:

“Düzdür, həb formasında olan antibiotiklərə qarşı allergik reaksiya iynədə olduğu kimi güclü deyil, amma bütün hallarda ehtiyatlı olmaq lazımdır. Həb formasında olan antibiotiklər əks təsir göstərən zaman mədə yuyulur, xəstəyə sidikqovucu dərmanlar verilir və s.

Antibiotiklərin xəstəyə zərərli olub-olmamasını yoxlamağın yeganə yolu insan bədənidir. Xəstə dərmanı qəbul etməsə, orqanizminin antibiotikə qarşı nə reaksiya verəcəyini bilmək olmaz. Müəyyən yaşa çatmış insanlar bir qədər təcrübəli olur və təxmini bilir ki, hansı dərman preparatları onlarda həssaslıq yarada bilər”.

Qeyd edək ki, ötən gün Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Yaxınlarının bildirdiyinə görə, Gülnur Dadaşovanın ölümünə səbəb həkimin antibiotiki “sınaq” (“prob”) qoymadan vurması olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar