Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib - ŞƏKİLLƏR

Tarix: 25-02-2019 21:43     Baxış: 4608 A- / A+
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.


Manevr.az-ın məlumatına görə, tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır. Sağlam vətəndaş – sağlam cəmiyyət, sağlam cəmiyyət – güclü və qüdrətli dövlət deməkdir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadasının öz işini yüksək səviyyədə yerinə yetirməsi üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana ötən ilin iyununda istifadəyə verilib.

Naftalan şəhərində müayinəyə burada və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər. Bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib. Belə aksiyalar digər bölgələrdə də keçiriləcəkdir.


Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar