Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Stressdən xilas olmağın ən sadə yolları– Xoşbəxtlik düsturları

Tarix: 24-02-2019 23:18     Baxış: 4332 A- / A+
Stressdən xilas olmağın ən sadə yolları– Xoşbəxtlik düsturları

XXI əsr informasiya, sürət, elm və texnologiya əsridir. Bu gün hər hansı aktiv şəxsin gün ərzində aldığı informasiyanın həcmi XX əsrdə bir insanın 4-5 ay, XIX əsrdə isə hansısa şəxsin bir neçə il müddətində aldığı məlumatlardan daha çoxdur.

İnformasiya çoxluğu isə xaos yaradaraq, insanı zehni, fiziki, psixoloji baxımdan çökdürür. Bu səbəbdən də yaşadığımız dövrdə insanların tez-tez stressə düşdüyünün şahidi oluruq.


Manevr.az
stressdən xilas olmağın bir neçə sadə üsulunu təqdim edir:

Nəfəs müalicələri – Yoqa, meditasiya dərslərində də nəfəs texnikalarına xüsusi önəm verilir. Tam və dərin nəfəs almağın beyinə, ürək-damar sisteminə və qan dövranına müsbət təsir etdiyi çoxdan məlumdur.

Bəs stressdən xilas olmaq üçün nə etməli? Cavab sadədir: Sahili arxanda qoyub, üzü dənizə dururmuş kimi dərin bir nəfəs alıb, sonra yenidən həmin nəfəsi buraxmaq, bunu bir neçə dəqiqə ərzində təxminən, 30 dəfə həyata keçirmək lazımdır. Bu zaman insanı məyus edən, ümidsizliyə düşürən nə varsa hamsı sanki verdiyimiz nəfəslə bir yerdə yoxa çıxacaq. Bəli, bu həqiqətdir! Sadəcə, sınamaq lazımdır! Lakin geniş və təmiz havası olan yerdə bunu etsək, o zaman effektini görə biləcəyik. Beyinə göndərdiyimiz osigen bizi stressdən qurtaracaq! Sanki ciyərlərimiz təzə hava ilə dolan zaman bütün kainatı içimizdə hiss edəcəyik.

Təlqin – Bir çox pozitiv detalları özümüzə təlqin etməliyik. Məsələn, uğradığımız çətinliyin qısa müddətli olduğunu dönə-dönə xatırlamalıyıq. Beyinə təlqin metodu ilə yolladığımız siqnallar bizim ovqatımıza birbaşa təsir edir. İnanmalıyıq ki, hər zaman və hər yerdə bir yaşıl işıq var. Əgər bizi dayandıran qırmızı işıqla qarşılaşdığımızı hiss ediriksə, təlaşlanmayaq. Yaşadığımız hər çətinliyin müvəqqətiliyini unutmadıqca, güclənib, üzərimizdəki stressi məhv edəcəyik.


Yuxu – Bəli, yuxunun da stressi atmaqda önəmi çox böyük. Amma bir şərtlə: niam-intizamlı və ifrata varılmayan yuxu. Unutmayaq, artıq yuxu insanı bir az da depressiyaya salmaq gücündədir. Amma yuxunu vaxtlı-vaxtında bölüşdürsək, yəni, yuxu bizə qonaq gəldiyi məqamda yatsaq, hər şeyi unutsaq, oyandıqda sanki yeni və bam-başqa dünyaya gəldiyimizin fərqində olacağıq.
Məsələn, televizorda maraqlı bir film izlədiyimiz zaman yuxu bizi tutursa, o zaman tərəddüd etmədən beynimizi yuxuya təslim etməliyik. İnanın, qəfil gələn yuxu beyinin və qan dövranının xilası, stressin isə qənimdir.


Qida
– Daha doğrusu, qida yox, düzgün qidalanma... İnsanı stressə salan məqamlardan biri də yediyi-içdiyi qidalardı. Xüsusən də çay - kofe içərkən diqqət edək. Çörəyi və digər xəmir məmulatlarını bacardığımız qədər azaldaq. Çox qida, daha çox ağırlıq deməkdir. Rahatlıq və stressislik cismani yüngüllükdədir. Hava şarlarının uça bilməsi üçün yüklərini atdıqlarını unutumayaq. Hə, bir də tez-tez su içək. Quraq torpaqdan məhsul götürülməyəcəyi kimi, susuz qalmış bədəndən də uğur gözləmək absurtdur.

Günlük və həftəlik proqram – Plansızlıq, qrafikin pozlması və bir işə gec başlamaq böyük stress qaynağı ola bilər. Belə olan halda, həmən eləməli olduğumuz şey günlük və həftəlik proqram qurmaqdır. Günümüzün xüsusi qrafiklə idarəsi insanı izafi fikir yayğınlığından xilas edəcək.

Hərəkət - Çalışmağa ara verdiyimiz zaman oturmağa, yaxud uzanmağa tələsməyək. Bu zaman daha da ağırlaşa, heysizləşə bilərik. Bəs nə edək? Cavab sadədir – Həmən yeriməyə, hərəkətə başlamaq lazımdır! Yeriyərkən insan daha yaxşı düşünə və daha faydalı qərarlar verə bilir. Həmçinin, bu zaman bədənə yayılan isti qan bizi həmişə təzə və enerjili saxlayacaq.moderator.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar