Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnsanın boğazında yemək qalanda belindən vurmayın!

Tarix: 24-02-2019 14:28     Baxış: 3216 A- / A+
İnsanın boğazında yemək qalanda belindən vurmayın!

Adətən insanın boğazında yemək qalanda ətrafdakılar onun belindən vurmağa başlayır ki, ilişmiş tikə çıxsın.

Lakin mütəxəssislərin fikrinə görə, bu üsul nəinki kömək etmir, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər. Yad cism yerini dəyişdirib nəfəs yollarını tam bağlaya bilər ki, bu boğulma ilə nəticələnə bilər.

Odur ki, boğazınızda nə isə qalıbsa qabağa əyilib möhkəm öskürmək lazımdır. Adətən bu kömək edir və yad cism çıxır.

Əgər insan öskürə bilmirsə, bu o deməkdir ki, yad cism onun nəfəs yollarını tam bağlayıb. Bu zaman insan nəfəs ala bilmir, onun üzü göyərməyə başlayır. Belə vəziyyətdə Qreymlix üsulundan istifadə edin. Bunun üçün nə etməli?

Manevr.az
Qreymlix üsulunun texnikası ilə sizi tanış edir.
İnsanın boğazında yemək qalanda belindən vurmayın!

Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.sağlamolun.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar