Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Xərçəng dərmanları yumurtlayan" toyuqlar yetişdirilib

Tarix: 28-01-2019 23:22     Baxış: 3311 A- / A+
"Xərçəng dərmanları yumurtlayan" toyuqlar yetişdirilib

Şotlandiyada tədqiqatçılar tərkibində bəzi xərçəng növləri ilə mübarizdə istifadə edilən dərmanlar olan toyuq yumurtaları əldə ediblər. Genetik modifikasiya olunmuş bu toyuqların "dərman yumurtaları" dərman şirkətlərinin satqıları xərçəng preparatlarından 100 dəfə ucuz başa gəlir.

Manevr.az Azərtac-a istinadən bildirir ki, mütəxəssislər bu yumurtaların kütləvi satışa çıxarılacağına ümid edirlər. Edinburq şəhərindəki "Roslin Technology" şirkətinin nümayəndəsi Liza Herronun bildirdiyinə görə, "bu cür yumurtaların əldə edildiyi toyuqlar üçün xüsusi hinlər düzəldilib və onlar normal şəkildə yumurtlayır. Əsas məsələ bu quşların yeminə əlavə olunan dərmanlar və onların genetik modifikasiyasının dəyişməsidir. Yumurtalarda olan zülallardakı dərmanlar isə apteklərdə satılanlardan 100 dəfə ucuz başa gəlir".

Alimlər bundan əvvəl də genetik modifikasiya olunmuş keçi südü və toyuq yumurtalarından müalicədə istifadə olunacaq zülallar alınacağını bildirmişdi. Məlum olduğu kimi, bəzi xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəbi orqanizmin müəyyən bir kimyəvi maddənin və ya proteinin istehsalını dayandırmasıdır. Toyuq yumurtalarındakı həmin maddələr orqanizmdə bu prosesi yenidən bərpa edə bilər. Burada başlıca amil toyuğun DNT-sinin və yumurtanın ağında olan maddənin dəyişməsidir. Tədqiqatçılar diqqəti insanın immun sistemindəki iki vacib proteinə yönəldiblər: Bunlardan birində - IFNalpha2 proteinində antivirus və xərçənglə mübarizə xassələri var. Digər CSF proteini isə hüceyrələrin özlərini bərpa etmələrinə kömək edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar