Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparır

Tarix: 27-01-2019 21:30     Baxış: 3288 A- / A+
Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparır

Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparırRespublikamızın əsasən subtropik zonasında yetişən kinkan bitkisi tərkibindəki maddələrin zənginliyinə və bir çox xəstəliklərin müalicəsində əla vasitə olmasına baxmayaraq, əksər insanlar nə onun adını, nə də onunla necə qidalanmaq lazım olduğunu bilmirlər.

Manevr.az
bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov Azərtac-a müsahibəsində kinkanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, kinkan sitrus bitkiləri ilə bir fəsiləyə daxil olsa da, ayrıca sərbəst növdür. Meyvələri xırda (1-3 santimetr diamterində), parlaq narıncı rənglidir. Meyvəsi və meyvə qabığı sərinləşdirici, turşaşirin tamlı, ətirlidir.

Kinkan meyvələri antiaterosklerotik və öskürəkkəsici təsirə malikdir. Ürək-damar xəstəlikləri, piylənmə, yuxarı tənəffüs yollarının öskürəkli xəstəliyi zamanı faydalıdır.

Bu meyvə antibakterial, atialkoqol və qənnadı məmulatı kimi də yüksək qiymətləndirilir. Qabığı zərif və zəngin tərkibli olduğundan soyulmadan yeyilir. Qabığı efir yağları və maddələri ilə zəngindir. Onu evdə, isti yerdə saxladıqda bakteriya və viruslara qarşı mübarizə aparır. Əksər Asiya ölkələrində qabığı oda yaxın yerdə qoyurlar ki, onun təsiri artsın. Kinkan əsəbləri sakitləşdirir, depressiyanı aradan qaldırır, iştahanı artırır və həzmi asanlaşdırır. Tərkibi C və A vitaminləri ilə zəngindir. Güclü alkoqollu içkidən sonra bir-iki meyvə yeyildikdə orqanizm yenidən normal vəziyyətə qayıdır. Kinkan meyvələri Şərq ölkələrində göbələk yoluxmaları, nəfəs yollarının xəstəliyi zamanı geniş istifadə olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar