Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sonsuzluğa yol açır - Professordan protein xəbərdarlığı

Tarix: 18-12-2018 08:04     Baxış: 3277 A- / A+
Sonsuzluğa yol açır

"Reklam edilən proteinlərin qəbulu insan sağlamlığına mənfi təsir edir".


Manevr.az
xəbər verir ki, bunu medicina.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor, Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahingirov bildirib.

Professor bildirib ki, bir kardioloq kimi belə proteinlərin qəbulunu məsləhət görmür: "Ən gözəl protein, ən gözəl sağlamlıq müəyyən bir çərçivədə, peşəkar, həkim məsləhəti çərçivəsində idmanla məşğul olmaqdır. Yaddan çıxarmaq olmaz ki, müxtəlif tərkibli proteinlər var. Proteinlər nəinki ürək, qan-damar sisteminə, böyrəklərə, digər orqanlara mənfi təsir edir. Hətta proteinlərin cavanlarda sonsuzluğa yol açmasına dair faktlar var. Bəzən protein qəbulu ilə bağlı düzgün olmayan təbliğat aparılır, guya sağlamlığa təsirinin olmadığı bildirilir. Lakin həyat göstərir ki, insanlar müəyyən dozada proteinə aludə olduqdan sonra onun dozasını artırırlar və bu da ürək, qan-damar sisteminə, digər orqanlara mənfi təsir göstərir. Proteinlərlə bağlı reklamların əvəzinə insanların idmana cəlb edilməsi, sağlamlığa dair roliklərin nümayişi daha yaxşı olar".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar