Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qidalar ağız qoxusunu yox edir - SİYAHI

Tarix: 17-12-2018 09:08     Baxış: 3240 A- / A+
Bu qidalar ağız qoxusunu yox edir - SİYAHI


Ağız qoxusu sizi cəmiyyət içində utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.Ağız qoxusunu soyuducumuzda olan bəsit qidalarla yox edə bilərik.

Manevr.az bu qidaların siyahısını təqdim edir.

Bitkilər


Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir. Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir. Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz. Bu bitkiləri çeynəyib yemək də oxşar təsirə malikdir.

Meyvə və tərəvəzlər


Alma, kərəviz və kök kimi sərt meyvə və tərəvəzlər sizə ağız qoxusunu yox etməyə kömək edə bilər.

Sitrus meyvələri


Sitrus meyvələrinin tərkibində turşuların və C vitamininin zəngin olması ilə yanaşı, ağız qoxusu ilə mübarizədə sizə köməkçi vasitələrdəndir. Bundan əlavə portağal, naringi, qreyfrut və limon kimi meyvələr diş əti xəstəliklərini də müalicə edir.

D vitamini


D vitamini ağızdakı bakteriyalarla mübarizədə birinci yerdə durur. O müxtəlif yoluxucu bakteriyaları məhv edir və onların yaranmasının qarşısını alır. Bunun üçün tərkibində yüksək D vitamini olan süd, yumurta və qızılbalıqla rasionunuzu zənginləşdirin. Həmçini qatıq və kəsmiyi də qidalanmanıza əlavə edin.

Su

Sonda siyahımıza başçılıq edən su. Bol su için. Orqanizmə çox xeyirli olan bu maddə ağız qoxusuyla mübarizəyə də liderlik edir./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar