Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sadəcə ədviyyat deyib ötməyin- Zəfəranın bilmədiyimiz faydaları...

Tarix: 16-12-2018 22:48     Baxış: 2300 A- / A+
Sadəcə ədviyyat deyib ötməyin- Zəfəranın bilmədiyimiz faydaları...

Elə ədviyyatlar var ki, qiyməti qızıla bərabərdir. Bu qiymətsiz ədviyyatlardan biri də zəfərandır. Qədim zamanlarda bu ədviyyatın bir qramı bir qram qızılla ölçülürdü. İllər ötsə də zəfəran hər zaman öz qiymətini qoruyub saxlayıb.

Manevr.az "ölkə.az"-a istinadən zəfəranın faydaları barədə məlumatı təqdim edir.

Əvvəllər zəfəran müqəddəs, ilahi ədviyyat sayılırdı. Ondan müxtəlif dini ayinlərdə istifadə olunurdu.

Zəfəran yeməklərə, ədviyyatlara xüsusi dad verir. Bundan əlavə bu ədviyyatın insan orqanizmi üçün xüsusi müalicəvi təsirləri də var.

Beyin


Zəfəran beynin fəaliyyətini möhkəmləndirir, toxumaların inkişafına kömək edir, yaddaşı gücləndirir.

Xərçəng xəstəliyi


Xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik vasitədir.

Daxili orqanlar


Mədə-bağırsağın fəaliyyətini tənzimləyir, orqanizmdəki toksinləri xaric edir, böyrəkləri və sidik kisəsini təmizləyir, balla qarışdırılanda isə bu orqanlarda daşların yaranmasının qarşısını alır.

Ürək-qan damar sistemi

Qanı təmizləyir, ürək-damar sistemini yaxşılaşdırır, orqanizmin hüceyrələrini qidalandırıcı maddələrlə təchiz edir və hüceyrələrin yenilənməsini yaxşılaşdırır.

Baş sinir sistemi


Zəfəran yuxusuzluq və nevrozla mübarizədə əla vasitədir. Həmçinin baş ağrılarını da aradan götürür, əsəb sistemini sakitləşdirir.

Kişi və qadın orqanizmi


Bu "qızıl" ədviyyat qadın və kişi orqanizminə çox xeyirlidir. Bəzi qadın xəstəliklərindən qoruyur və menstruasiya zamanı ağrıları azaldır. Bundan əlavə zəfəran kişilərdə cinsi gücü də artırır.

Digər faydaları

- Radionuklidləri insan orqanizmindən çıxarır, enerji metabolizmasını yaxşılaşdırır və bədəndə yığılmış zərərli maddələrin qarşısını alır.

- Gözün tor qişasını bərpa edir və görmə qabiliyyətini yaxşılaşdırır.Allergiyalardan xilas edir. Yanıq və şişləri müalicə etmək üçün də əla vasitədir.

- Zəfəran qarında olan spazmaları və köpü aradan götürür.

- Həmçinin içki aludəçiliyindən azad olmağa da kömək edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar