Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəhvənin ağlasığmaz faydası aşkarlandı

Tarix: 12-12-2018 09:30     Baxış: 4194 A- / A+
Qəhvənin ağlasığmaz faydası aşkarlandı


ABŞ-ın Ratqer Universitetinin alimləri qəhvənin tərkibində (kofeinlə birgə) Parkinson və Levi cisimcikli demensiya kimi xəstəliklərin inkişafını ləngidən maddənin olduğunu aşkarlayıb.

Tədqiqatın nəticələri “MedicalXpress” nəşrində dərc olunub.

Məlum olduğu kimi, qəhvə dənələrinin üz qabığında “eykozanoil-5-hidriksitriptamid” (EHT) maddəsi yerləşir. Əvvəlki araşdırmalar göstərib ki, EHT beyində yaşla əlaqədar neyrodegenerativ xəstəliklərin formalaşmasına yol açan zülalın yığılmasına əngəl olur.

Yeni tədqiqatda alimlər sınaq siçanlarına kiçik dozalarda kofein və EHT verib, daha sonra isə bu maddələr ayrı-ayrılıqda siçanların bədəninə yeridilib. Maraqlıdır ki, bu iki maddə ayrı-ayrılıqda yuxarıda qeyd olunanlar baxımından o qədər də effektiv olmayıb. Bu maddələrin vəhdəti zərərli zülalın formalaşmasının qarşısını alıb.

Bu, o deməkdir ki, müntəzəm qəhvə qəbulu insan orqanizmində neyrodegenerativ xəstəliklər arasında ikinci yerdə gələn Parkinson xəstəliyi və Levi cisimcikli demensiyanın inkişafını ləngitməyə və hətta tamamilə dayandırmağa qadirdir.

İndi alimlər insanlarda bu kimi halların qarşısını almaq üçün EHT və kofeinin hansı miqdarda kombinasiyasından istifadə edilməli olduğu üzrə araşdırma aparır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar