Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ

Tarix: 10-12-2018 11:30     Baxış: 3435 A- / A+
Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ

Son zamanlar insanlar xüsusilə qış aylarında yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyadan tez-tez istifadə edirlər. Sosial şəbəkələrdə və cəmiyyətdə yayılan məlumatlardan aydın olur ki, əksəriyyət hətta inhalyasiyanı həkim məsləhəti olmadan, özbaşına tətbiq edir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı yada düşür. Bu proses tətbiq edildikdə müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə yayılır.

Lakin inhalyasiya prosesinin ziyanları barədə də məlumatlı olmaq vacibdir. Xüsusilə, uşaqlar üçün bu prosesin əks təsirləri ola bilər.

Pediatr Vaqif Qarayev bu barədə modern.az-a açıqlamasında bildirib ki, insanlar öncə öskürək anlayışını düzgün qavramalıdırlar. Müxtəlif xarakterdə - tək-tək, boğucu, əzabverici, quru, bəlğamlı, tutma şəklində öskürək olur:

“Həkim əvvəl bunu müayinə etməli sonra dərman yazmalıdır. Valideynlər isə həkimə zəng edir ki, uşağım öskürür, dərman deyin, verim. Halbuki, həkim xəstəliyin fərdi əlamətlərini bilmədən dərman təyin edə bilməz. Qızdırmanın olub-olmamasını öyrənmək də mütləqdir. İnhalyasiya kimi müalicə vasitələrini tətbiq edərkən də mütləq həkim məsləhətini dinləmək lazımdır. Adi soyuqdəymə zamanı baş qaldıran öskürəyi müalicə etmək üçün demək olar dərman lazım deyil. Bir neçə gün həmin mikrob yaşayır və öskürək keçir. Sadəcə mütəmadi burunu təmizləmək lazımdır. Öskürək təngnəfəsliklə müşahidə olunursa, yeməyə, yuxuya mane olursa, çox ciddi haldır. Dərmanla kifayətlənə bilmərik.

İnhalyasiya tətbiq etmək üçün nebulayzer adlı xüsusi aparat var. Onun içərisində yerləşən xüsusi kiçik bankaların içərisinə dərman qoyulur. Həmin dərman buxar halına çevrilir və uşaqlar o buxarla nəfəs alır. Nebulayserə qoyulacaq dərman mütləq həkimin təyin etdiyi olmalıdır. İnsanlar aptekdə çalışan satıcının məsləhətilə dərman alıb, inhalyasiya etməməlidirlər”.

Vaqif Qarayevin sözlərinə görə, apteklərdə öskürəyə qarşı hormonal dərmanların verilməsi yolverilməzdir. Hormonal dərmanların qəbul edilməsini ancaq həkim təyin edə bilər:

“Öskürək dərmanı kimi qəbul edilən ən populyar dəmanlardan biri “Dentalin”dir. Halbuki, bu, tamamilə başqa qrupa aid olan dərmandır. Onun spreyi, siropu və özünün nebulayzeri lazımsız tətbiq edildikdə, uşaqlarda ürəkdöyünmə yaradır. Bu dərmanı bronxu açmaq üçün təyin edirik.

Öskürək varsa, deməli orqanizm bronxlar vasitəsilə öz-özünü təmizləməyə çalışır. Öskürək üç həftədən çox davam edəcəksə, xüsusi müayinələr lazımdır.

Qarmarit kimi narahatlıqlar çox yayılıb. İnhaliyasiya edərkən buxarı boğaza deyil, buruna ötürmək lazımdır ki, faydası olsun. Çalışmaq lazımdır ki, nebulayzerin temperaturu həddindən çox olmasın. Yoxsa burun və bronxlar ziyan görə bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar