Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq

Tarix: 10-12-2018 09:29     Baxış: 2302 A- / A+
İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq


Alimlər hüceyrələrin “təkrar proqramlaşdırılmasının” yolunu çoxdan tapıb. Asan anlaşılan dildə, hər hansı mürəkkəb termin işlətmədən izah etsək, proses zamanı bir növ hüceyrədən başqa növ hüceyrələr yaratmaq olar. Bu isə bir çox hallarda faydalı ola bilər.

Məsələn, bu yaxınlarda İsveçin Lunds Universitetindən olan tədqiqat qrupu insan dərisindən götürülmüş hüceyrələri “təkrar proqramlaşdıraraq” onları immun hüceyrələrinə çevirməyə nail olub. Alimlər əmindir ki, bu metod onkoloji xəstəliklərlə mübarizədə həlledici rol oynaya bilər.

Bu haqda “Science Immunology” jurnalında məqalə dərc olunub.

İsveç alimləri tədqiqatın gedişində dendrit hüceyrələr əldə edib. Dendrit hüceyrələr onurğa-beyni mənşəli anti-gen təmsiledicilərin heterogen populyasiyasıdır. Bu, o anlama gəlir ki, belə komplekslərin səthindəki yad agentləri ( xüsusilə orqanizmə təhdid olan agentləri) aşkarlamaq xüsusiyyəti var. Təmas zamanı hüceyrələr belə “yadları” işarələyir və sonradan digər immun hüceyrələr, daha dəqiq desək, T-limfositlər onları aşkarlayaraq məhv edir.

Ekspertlər dendrit hüceyrələrin diferensiasiyası prosesində iştirak edən üç vacib faktoru - PU.1, İRF8 və BATF3-ü müəyyənləşdirib. Bunun əsasında fibroplastların birləşdirici toxumalarının hüceyrələrindən “fərdi” dendrit hüceyrələri hasil etmək mümkün olub. Belə dendrit hüceyrələr karsogen (şişli) agentlərin təsirinə qarşı davamlı olur.

“Şişlər, adətən, unikal mutasiya xüsusiyyətinə malik olur ki, bu da onların immun sistemi tərəfindən tanınmasını çətinləşdirir. Beləcə, adi hüceyrələri dendrit hüceyrələrə çevirməklə xərçəngə qarşı “fərdi” peyvənd hazırlamaq mümkün ola bilər”, - deyə tədqiqat qrupunun üzvü Karlos Pereyra bildirib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar