Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?

Tarix: 06-12-2018 07:33     Baxış: 2328 A- / A+
İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?

Hər birimizin daha çox iştaha artıran meyvə kimi tanıdığımız naringi qonaqpərvər azərbaycanlı süfrəsinin bəzəyi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin müalicəsində əla vasitədir.


Manevr.az
bildirir ki, Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, Meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov Azərtac-ın bölgə müxbirinə müsahibəsində naringinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib: "Sortlardan asılı olaraq naringinin tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda, bütün sortlar yüksək vitaminlidir. Tərkibində şəkər (fruktoza, qlükoza), limon turşusu, pektin maddələri, A, B1, B2, C, PP vitaminləri, mineral maddələr və digər elementlər var. Naringi meyvələri bədxassəli şişlərin, aterosklerioz, piylənmə, podaqra, sinqa, anemiya, hipertoniya, soyuqdəymə, infeksion xəstəliklər, şişmə, qəbizlik, dəri və digər xəstəliklərin kompleks müalicəsində istifadə olunur".

Fitonsid xüsusiyyəti olduğundan naringi meyvələri mikrob əleyhinə təsir göstərərək bağırsağın işini nizamlayır. Yüngül səviyyədə bərkidici fəaliyyət göstərir. Ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi gücləndirir, iştahanı artırır.

Alim bildirib ki, naringinin qabığının sulu məhlulu iştahanı artırır, həzmi yaxşılaşdırır, öskürəyi yumşaldır, qurudulmuş qabıqdan alınmış həlim öskürəyi kəsir, bronxit, ürək bulanması zamanı sakitləşdirici təsir göstərir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar