Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ

Tarix: 29-11-2018 10:54     Baxış: 3239 A- / A+
Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ


Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib.
Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır.

Qeyd edək ki, prostat xərçəngi Qərb ölkələrində kişilərdə ən çox qeydə alınan xərçəng növüdür. Bəzi ölkələrdə hər 6 kişidən 1-i həyatı boyu prostat xərçəngi ilə tanış olur. Hazırda dünyada 4 milyon insana bu xəstəliyin diaqnozu qoyulub.

Prostat xərçənginin səbəbi açıq şəkildə müəyyən edilməmişdir. Bununla belə, coğrafi bölgə və həyat tərzi ilə prostat xərçəngi arasında bağlılığın olduğu bildirilir. Cinsi fəaliyyət və prostat xərçəngi arasında bir bağlılığın olub-olmadığı da uzun illər elm dünyasını məşğul edən bir mövzudur.

Bəzi tədqiqatlar göstərir ki, aktiv cinsi həyat prostat xərçəngi ehtimalını artırır. Amma bəzi tədqiqatlar bunun əksini göstərir. Lakin, yeni elmi bioloji məlumatların əldə edilməsindən sonra aktiv cinsi həyatının prostat xərçənginə qarşı qoruyucu ola biləcəyi fikri ağırlıq qazanmağa başlayıb.

Harvard Universitetindən bir qrup tədqiqatçı 2016-cı ildə təxminən 32 min kişi üzərində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə görə, gənc (20-29) və orta (40-49) yaş dövrlərində daha aktiv cinsi həyatı olan kişilərdə gələcək həyatlarında prostat xərçənginin inkişafı lənğiyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar