Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş psixiatr: “Həkimlər xəstələri belə aldadır...”

Tarix: 22-10-2016 18:55     Baxış: 2596 A- / A+
Baş psixiatr:

Müsbət düşüncə və xoş söz xəstə beyni aldada bilər. Sözlə orqanizmdə yaxşılığa doğru dəyişiklik yaratmaq mümkündür.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Psixiatriya Assosiasiyasının rəhbəri, respublikanın baş psixiatrı Nadir İsmayılov deyib.

N.İsmayılovun sözlərinə görə, bu üsul tibdə ta qədimdən mövcuddur və o özü də müalicə prosesində tez-tez təlqindən yararlanır:

“Xalq arasında “xəstəni aldatmaq” adlansa da, əslində, bunun adı təlqindir. Təlqin – müalicə məqsədilə həkimin psixoloji vasitələrlə, əsasən də sözlə xəstəyə təsir formasıdır. Təlqinin dünya üzrə 400-ə qədər növü var, amma bunun yalnız 30-40 növü fəal şəkildə istifadə edilir və psixoterapevtlərin, nevrologiya sahəsindəki mütəxəssislərin sıx müraciət etdiyi üsuldur. Təlqin vasitəsilə demək olar ki, bütün xəstələrin əziyyətini yüngülləşdirmək mümkündür”.

Qeyd edək ki, amerikalı alimlər iflic xəstələri üzərində aparılan araşdırmalardan sonra beyinin aldanılmasının müsbət nəticə verdiyi qənaətinə gəliblər. Təcrübələrdə xəstələri inandırıblar ki, onlar yaxın zamanda hərəkət edə biləcəklər. Bundan sonra xəstələrin ümumi əhval-ruhiyyəsində müsbət dəyişiklik yaranıb və həqiqətən də onlardan bəziləri hərəkət etməyə başlayıb.

Alimlər bunu da bildirirlər ki, xəstələrə təkcə hazırki vəziyyətləri ilə bağlı ümid aşılamaq deyil, istənilən mövzunu müsbət əhval-ruhiyyədə kökləmək lazımdır. Adi söhbətdən tutmuş, oxuduqları kitablar, qulaq asdıqları mahnılara qədər nikbin təəssürat yaradan mövzulara üstünlük verilməlidir.

Hazırda bu metodun daha geniş şəkildə istifadə olunması üçün tədbirlər görülür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar