Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Daha xəstə uşaqlar DOĞULMAYACAQ – Elmdə İNQİLABİ KƏŞF

Tarix: 12-05-2018 23:04     Baxış: 4352 A- / A+
Daha xəstə uşaqlar DOĞULMAYACAQ


İlk dəfə elm adamları insan embriyonunun genlərini dəyişdirərək uşağın böyüdüyü zaman ölümcül xəstəliklərə tutulacağının qarşısını alıb.

Manevr.az xəbər verir ki, ABŞ-ın Oreogon Universitetində amerikalı, çinli və cənubi koreyalı həkimlər araşdırma aparıb.

Məlum olub ki, insan embrionunda ani ölümə səbəb olan və ürək xəstəliyi yaradan genlər var. Tarixdə ilk dəfə olaraq insan genləri bu araşdırma nəticəsində uğurla dəyişdirilib.

“Xəstə genlər” dəyişdirilərək ürək xəstəliyinə səbəb olacaq mutasiya riski aradan qaldırılıb. Bu əməliyyat həyata keçirilərkən DNT-dəki digər genlər zərər görməyib. Araşdırmanın elm aləmində bir cığır açacağı bildirilir.

Araşdırmada istifadə edilən embrion inkişaf edib uşaq olmayacaq. Ancaq bununla yanaşı alimlər “bu dizaynla hazırlanan uşaqların” xəstəxanalarda görüləcəyi tarixin yaxın olduğunu deyib. Bu elmi kəşf nəticəsində valideynlərindən “pis genləri” miras alan uşaqlar hələ doğulmadan xəstəliklərdən xilas olacaq.

Bununla yanaşı, daha ağıllı və atletik bədənə sahib uşaqlar doğulacaq. Hətta bir gün valideynlər uşağın “sarışın, yoxsa əsmər” olması barədə qərar verə biləcəklər. Bu üsulun tətbiq edilməsi üçün hüquqi baza hazırlanması təklif edilib. /Publika.az /

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar