Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı – İDDİA + VİDEO

Tarix: 04-01-2018 18:48     Baxış: 4393 A- / A+
Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı


Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib.

Manevr.az
-ın Xəzər TV-yə istinadən məlumatına görə, Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağalmaq mümkün olacaq.

Yeni ixtira edilən qurğu bir çox xəstələrin işinə yarayacaq. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev qurğunu elə ilk dəfə öz üzərində sınaqdan keçirdiyini deyir.

Tahir Əliyevin dediyinə görə, xərçəng hüceyrələri 50 dərəcə temperaturda məhv edilə bilir. həmin temperatur isə kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu isə baş qaldıran xərçəng hüceyrələrini bir dəfəlik məhv edəcək.

İxtiraçının sözlərinə görə, eyni prosesi bir xəstənin üzərində 5 və ya 10 dəfə aparmaq kifayət edir ki, həmin xəstəlikdən bir dəfəlik yaxa qurtara bilsin.

Yeni ixtira ilə təkcə xərçəng xəstəliyini yox, həmçinin böyrək xəstəliklərini də müalicə etmək mümkün olacaq. Bunun üçün Tahir Əliyev ixtiranı daha da təkmilləşdirəcəyini bildirib.

İxtiraçı gələcəkdə başqa növ xəstəliklərin müalicəsində istifadə oluna biləcək əlavə qurğular da ixtira edəcəyini deyir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar