Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hamilə qadınlar dişlərini MÜALİCƏ ETDİRƏ BİLƏR?

Tarix: 21-12-2017 08:45     Baxış: 4443 A- / A+
Hamilə qadınlar dişlərini MÜALİCƏ ETDİRƏ BİLƏR?

Hamilə qadının orqanizmində kalsium çatışmazlığının səbəbi natamam qidalanma, kalsiumun mədə-bağırsaq sistemi tərəfindən kifayət qədər mənimsənilməməsi və digər səbəblər ola bilər. Bu çatışmazlıq nəticəsində uşağın orqanizminin formalaşmasına lazım olan kalsium, qadının sümüklərindən və dişlərindən “yuyulmağa” başlayır. Məhz bu səbəbdən bir çox qadında hamiləlik zamanı karies yaranır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ginekoloq Ruziyə Hüseynova deyib. O bildirib ki, kalsium uşağın skeletinin formalaşması üçün vacibdir:

“Qadın daima qida ilə kifayət qədər kalsium almalıdır, həkimin məsləhəti ilə tərkibində kalsium olan vitamin-mineral kompleksləri qəbul etməlidir. Bundan əlavə, hamiləlik zamanı ağız suyunun tərkibi də dəyişilir ki, orada qoruyucu maddələrin miqdarı azalır. Bu da öz növbəsində kariesin yaranması üçün əlverişli şərait yaradır”.

Hamilə qadınların əksəriyyətinin bu dövrdə dişləri müalicə etdirməyin ziyanlı olduğunu fikirləşdiyini bildirən ginekoloq bunun yanlış fikir olduğunu bildirib:


“Müalicə olunmayan karies dişi tam məhv edir. Adətən hamilə qadınlarda dişlərin müalicəsi 2-ci və 3-cü üçaylıqlarında həyata keçirilir. Hamiləliyin 1-ci üçaylığında müalicə yalnız ekstremal vəziyyətlərdə aparıla bilər - güclü diş ağrısı, güclü iltihab. Buna yol verməmək üçün stomatoloqlar qadınlara hamiləliyin planlaşdırması dövründə profilaktik olaraq müayinədən keçməyi və lazım olduqda dişləri və damaqları müalicə etməyi tövsiyə edirlər. Hamiləlik zamanı qadın adi vaxtlarla müqayisədə dişlərinə daha diqqətli qulluq etməlidir, xüsusi yaxalayıcılardan və flosdan (xüsusi diş sapı) istifadə etməlidir. Hamiləlik zamanı hamiləliyin əvvəlində, ortalarında və doğuşa yaxın mütləq stomatoloqun müayinəsindən keçmək lazımdır. Əgər heç nəyə baxmayaraq, hamilə qadında karies və ya qinqivit (damaqların iltihabı) inkişaf edibsə, müalicəni sonraya saxlamaq olmaz. Kariesli diş və qinqivit orqanizmdə olan infeksiya mənbələridir. Bu infeksiya isə qida ilə qadının mədə-bağırsaq sisteminə düşür, oradan da qana sovrulur. Bu isə həm qadının, həm dölün səhhətinə mənfi təsir edə bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar