Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qripdən qorunmaq üçün əla vasitə

Tarix: 11-10-2017 18:25     Baxış: 4420 A- / A+
Qripdən qorunmaq üçün əla vasitə
Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır. Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə zamanıdır. Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.
– Naringinin tərkibində ən çox C vitamini var, amma A, B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium, fosfor, brom və xüsusilə şəkər baxımından da zəngindir.
– Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə xəstəliklərinin sağalmasına faydası var.
– Qanı təmizləyir
– Ürək və damar xəstəliklərinə qarşı qoruyucudur
– Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək edir
– Sinirləri sakitləşdirir
– İmmuniteti gücləndirir
– Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır
– Piylənmə riskini azaldır
– Sağlam dəri toxumalarının formalaşmasına yardım edir. Tərkibindəki təbii antioksidantlar sayəsində dərini canlandırır.
– Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.
– Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.
– Saçlarda ağarmanın qarşısını alan naringi, eyni zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.
– Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar