Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda talassemiya xəstələri təhlükədə - Vacib su tapılmır

Tarix: 03-10-2017 21:52     Baxış: 4463 A- / A+
Azərbaycanda talassemiya xəstələri təhlükədə


Səhiyyə Nazirliyi açıqlama verdi

Azərbaycanda talassemiya xəstələrinə vurulan desferal preparatını həll etmək üçün xüsusi su tapılmır.

Bu barədə məlumat sosial şəbəkələrdə tibb üzrə qruplarda paylaşılıb və ciddi müzakirə mövzusu olub.

Məlumatlara görə, dərman Səhiyyə Nazirliyi tərəfindən gətirilsə də, onu həll etmək üçün xüsusi suyun olmaması problemlər yaradıb.

Qeyd edək ki, talassemiyalı uşaqlar üçün bu iynə çox vacibdir, çünki ölümə səbəb olan bəzi proseslərin qarşısını alır. Lakin hazırda bu iynələri həll edən suyun ölkəyə gəlməməsi və ya az gəlməsi səbəbindən Talassemiya mərkəzində xəstələr əziyyət çəkir.

Bir çox tibbi qruplarda özəl klinikalara müraciət olunaraq, "kokar”ın içindən çıxan suların yığılması xahişi yayılıb. Qeyd olunub ki, bu sular Desferal inyeksiyasının həll olunması üçün istifadə oluna bilər.

Səhiyyə Nazirliyinə bu məsələni həll etmək üçün müraciətlər olunub, problem qabardılıb. Lakin bu suya olan indiki tələbatı ödəmək üçün özəl klinikaların imkanlarından yararlanmaqdan başqa çıxış yolu olmadığı görünür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Talassemiya mərkəzinin ciddi diqqətdə saxlanıldığı və preparatlarla tam təmin olunduğunu , bəzi hallarda həqiqətə uyğun olmayan informasiyaların yayıldığı bildirib: "Ola bilər 1-2 gün hansısa obyektiv səbəbdən hər hansı gecikmə olsun. Amma əminəm ki, orda həm inyeksiya, həm həlli üçün su var. Heç bir problem yoxdur”.//Medicina.az

Manavr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar