Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Səssiz gələn ölüm mələyi: “Heç kim ondan sığortalanmayıb...” – GÜNÜN MÖVZUSU

Tarix: 12-07-2017 07:35     Baxış: 4467 A- / A+
Səssiz gələn ölüm mələyi:


Ötən gün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşaq əməliyyat zamanı həyatını itirib. Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiya tərəfindən araşdırılır. Komissiyadan verilən ilkin məlumata əsasən, uşaqda anafilaktik şok yaşanıb. Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub.
Bəs görəsən anafilaktik şok nədir? Doğrudanmı, anestezik dərman vasitələri ölüm hallarına səbəb ola bilər?
Manevr.az ailem.az-a istinadən bütün bu qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb.

Anafilaktik şok həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir, sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. Əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır.

Anafilaksiya hər yaş qrupunda rast gəlinir. Qida etiologiyalı anafilaksiya əsasən uşaqlarda, dərman mənşəli isə daha çox böyüklərdə müşahidə olunur. Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksəkdir.
Əksər insanlar onlara cərrahi əməliyyat təyin olunduqda əməliyyat zamanı istifadə ediləcək narkozdan qorxur. Hətta bu əməliyyatdan sonra ayılmamaları ilə bağlı ciddi narahatlıqlar keçirirlər. Xüsusilə kiçik yaşlı övladını əməliyyat etdirmək istəyən valideynlər “Uşaqları kiçik yaşda əməliyyat etmək olmaz”, “Kiçik yaşda uşağa narkoz verilməsi sonradan psixi problemlərə yol açır”, - kimi ifadələrə tez-tez rast gəlirik. Hətta sadalanan bu qorxular səbəbindən uşaqların həyatı üçün olduqca əhəmiyyətli olan əməliyyatları gecikdirirlər.

Tarixə nəzər saldıqda görürük ki, anestezioloji tədbirlərə hələ qədim zamanlardan tətbiq edilməyə başlanılıb. Həmin dövrlərdə tiryəkdən, kök yarpaqlarından, mandraqorun kökündən, spirtdən, flebotomiyadan (huşun itməsinə qədər venanın kəsilməsi ilə qanburaxma) metodlarından istifadə edərək tibbi müdaxilələr aparılırdı. Maraqlıdır ki, qədim misirlilər tiryək və hiossiamus - skopolamin kombinasiyasından istifadə edirdilər. Bu kombinasiya indinin özündə də vena daxilinə premedikasiya məqsədi üçün istifadə edilir. Məqsəd tiryəkin səbəb ola biləcək arzuolunmaz hallarının (ürək döyüntüsünün kəskin azalması, ağız suyu ifrazının hədsiz artması) qarşısını almaq olub.

Qədimdə sinirlərin sıxaca almaqla sıxılması və ya onların buz vasitəsilə soyudulması regional anesteziyaya səbəb olurmuş. İnklər yerli anesteziya metodundan istifadə etmişlər. Belə ki, kok yarpaqlarını çeynədikdən sonra, tüpürcəklə qarışmış kütlə yaraların üzərinə məlhəm kimi qoyulurdu. Bu üsulların kamil olmaması ağrı şokundan, ürək-damar, tənəffüs çatışmazlığından xəstələrin tələf olmaları ilə nəticələnirdi.

Mütəxəssislər deyir ki, əksər insanların narkozla bağlı ümumi qorxusu həmişə olur. Onların əksəriyyəti düşünür ki, “birdən narkozdan oyana bilmərəm”. Anesteziyanın bədəndə qalıcı bir fəsada səbəb olması ilə bağlı da narahatlıqlar mövcuddur. Xüsusilə uşaqların zehni və psixoloji inkişafına zərər göstərməsi ilə bağlı qayğılar çoxdur. Amma bu formalı qorxuların heç bir elmi və tibbi əsası yoxdur. Hazırkı tibbi məlumata əsasən, anesteziyanın beyin funksiyaları üzərində hər hansı bir mənfi təsiri yoxdur. Yeni dərmanlar o qədər qısa təsirlidir ki, uyğun dərmanın və dozanın seçilməsi azyaşlı uşaqlar tərəfindən də asan mənimsənə bilir.

Narkozla əlaqədar insanlarda olan narahatlığa aydınlıq gətirən anestezioloq-reanimatoloq Kənan Azadəliyev Ailem.az-a açıqlamasında bildirdi ki, bu günümüzdə anesteziyasız cərrahiyə əməliyyatı təsəvvür etmək olmaz: “Bütün əməliyyatlarda bu vasitədən, əlbəttə, istifadə olunur. Bütün əməliyyatlar risk altında götürülür. Lakin düzgün aparılan müayinələr, dərmanların düzgün dozalanması burada vacib şərtdir. Bundan əlavə, narkoz aparatının düzgün parametrlərdə olması əməliyyatın uğurlu keçməsinə şərait yaradır”.

K.Azadəliyev vurğuladı ki, uşaqlara, xüsusən də körpələrə narkoz, yəni anesteziya verilməsi daha mürəkkəb və çətindir: “Çünki bu zaman narkotik və digər dərmanların dozalanması daha dəqiq olmalıdır. Əks halda bu, çox ciddi fəsadlara səbəb ola bilər”.

Anestezioloq deyir ki, narkoz uşaqlara bir neçə formada tətbiq olunur: “Ümumi narkoz, yerli anesteziya, regionar anesteziya (spinal və epidural). Bir də venadaxili narkoz var. Ən çox sünnət ediləndə, qısa əməliyyatlarda uşaqlara sadə yolla venadaxili narkoz tətbiq edilir. Lakin uzun çəkən və ağır əməliyyatlarda ümumi inkubasion narkozdan istifadə olunur”.

Pediatr Günay Rəsulova söylədi ki, xüsusilə qısa sürən əməliyyatlarda narkozla bağlı hansısa böyük problem yaranmır: “Çünki qısa sürən əməliyyatlarda narkozdan az doza ilə istifadə olunur. Bunun isə heç bir mənfi təsiri olmur. Müəyyən zamandan sonra narkozun təsiri tamamilə itir. Deyərdim ki, uşağın ağrı zamanı aldığı travmanın fəsadı, narkozdan aldığı fəsaddan daha çox olur. Narkozla bağlı narahat məqam o zaman yarana bilər ki, uşaqda müəyyən allergiya ola bilər. Bu isə əvvəldən mütləq yoxlanılmalıdır”.

Pediatr Vaqif Qarayev isə dedi ki, istənilən dərman allergiya və anafilaktik şok verə bilər: “Bundan heç bir həkim sığortalanmayıb. Əslində narkozun təsirindən xəstə ölməməlidir. Uşaqlarda dozalanma düzgün olmalıdır. Sözügedən hadisədə aydın mətnlə açıqlama verilib ki, dərman maddəsini yeridərkən xəstə şoka düşüb. Daha dəqiq səbəbi ekspertiza deyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar