Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlan uşaqlarını homoseksual olmağa vadar edən - Səbəblər

Tarix: 10-07-2017 10:43     Baxış: 4575 A- / A+
Oğlan uşaqlarını homoseksual olmağa vadar edən


Mənzillərin unitaz və əl-üzyuyanlarından kanalizasiyaya axan kimyəvi maddələr daha sonra çaylara qarışır və bu balıqların orqanizmində qəribə dəyişikliklərə səbəb olur.

Manevr.az-ın metbuat.az-a istinadən məlumatına görə, britaniyalı alimlər bildirir ki, kimyəvi maddələrdən ibarət qarışıq erkək balıqların orqanizmində onları özlərini dişi kimi aparmağa məcbur edən mexanizmi işə salır. Müşahidələrə görə Britaniya çaylarındakı erkək balıqlar daha az aqressivlik nümayiş etdirir, rəqabətə maraqlarını və spermlərinin keyfiyyətini itirirlər. Bəzi balıq növlərində isə erkəklər hətta kürü tökməyə başlayır.

Balıqlara belə təsir göstərdiyi ehtimal edilən maddələr arasında hamiləliyə qarşı istifadə edilən preparatların tərkibindəki inqrediyentlər. Bu tərkibli maddələrə kosmetika və plastik məhsullarda da rast gəlinə bilər. Həmçinin antidepressantlar balıqların təbii ürkəklik hissini kütləşdirir və nəticədə bu onların yırtıcılara reaksiyasını azaldır.

Məlumata görə, 2009-cu ildə “Rochester Universiteti”nin apardığı tədqiqat nəticəsində məlum olub ki, ana bətnində oxşar kimyəvi maddələrin təsirinə məruz qalan oğlan uşaqları doğulduqdan sonra maşın kimi oyuncaqlara biganə olur, oğlanların oyunlarına həvəssiz qatılır və adətən dava-dalaşdan uzaq qalırlar.

Elm adamları hesab edir ki, oğlanların “qız kimi” davranmasına səbəb onların ana bətnində və ya digər yollarla məruz qaldığı qadın hormonlarının inkişafına təsir edən estrogen maddələrdir. Balıqlar üzərində aparılan son araşdırmaların nəticələri də bu ehtimalları gücləndirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar