Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan həmişə təxribatlar törədir" -deputat

Tarix: 01-03-2017 18:18     Baxış: 5455 A- / A+
"Ermənistan həmişə təxribatlar törədir"

"Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır".

Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və Prezident İlham Əliyev tərəfindən aparılan prinsipal və qətiyyətli siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar da məcburdurlar ki, işğalçı Ermənistana və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyət daşıyan ATƏT-in Minsk qrupuna təsir etsinlər:

"Prezidentin bütün beynəlxalq təşkilatlarda cəsarətlə, qətiyyətlə bu məsələni qaldırması ermənilərdə narahatlıq yaradıb. Azərbaycanın mövqeyi hələ də konstruktivdir və hələ ki, münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Amma işğalçı Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirərək danışıqları pozmaq üçün təxribatlar törədir".

Deputat vurğulayıb ki, heç bir təxribat Azərbaycan dövlətini öz yolundan döndərə bilməz: "Dövlət başçısı dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar