Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb

Tarix: 22-02-2017 17:38     Baxış: 4465 A- / A+
Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində orta məktəb binasının tikintisinə başlanılıb.


Manevr.az
xəbər verir ki, bunu trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, kəndin bərpası ilə əlaqədar işlər intensiv şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, artıq kəndin minalardan təmizlənməsi işləri də yekunlaşmaq üzrədir, ANAMA bu günlərdə ərazini təhvil verəcək.

İcra başçısı əlavə edib ki, kəndə qayıtmaq istəyənlərin sayı gündən-günə artır:
“Hər gün kənd əhalisindən həm yazılı, həm də şifahi müraciətlər alırıq. Məlum olduğu kimi, ilkin olaraq 50 ailə köçürüləcək. Gələcəkdə yeni binalar tikiləndə digər ailələrin də kəndə qayıtması təmin olunacaq”.

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar