Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın azad olunması üçün gözlənilməz SSENARİ

Tarix: 11-02-2017 17:55     Baxış: 2425 A- / A+

Qarabağın azad olunması üçün gözlənilməz
“Ermənistanın Rusiyadan narazılığı onun Avrasiya İqtisadi ittifaqından çıxması ilə nəticələnə bilər. Təbii ki, bu erməni ictimaiyyətinin əhval-ruhiyyəsində belə görünür. Ermənistan hakimiyyətinin belə addım ata bilməsi isə mümkün deyil”.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist-analitik Vladislav Kudrikin “apostrophe” saytında yayımlanan məqaləsində deyilir.

Müəllif yazır ki, Ermənistan bir çox məsələyə görə Rusiyadan narazıdır: “Bu ölkə Avrasiya iqtisadi İttifaqında təmsil olunsa da, iqtisadi xeyir əldə edə bilmir”.

Ermənistanın maliyyə naziri Vardan Aramyan da ölkəsinin ittifaq ölkələrindən aldığı məhsullardan narazıdır.

“Mən bilmirəm ki, üstünlüyü niyə Qazaxıstan məhsullarına verməliyik. Biz Avropadan daha keyfiyyətli və ucuz məhsul ala bilərik”, - o, bildirir.

Həmçinin, erməni nazir ittifaq daxilində bütün iştirakçıların bərabər olmamasından şikayətlənir.

“Bu, Ermənistanın əslində Avropaya üz çevirmək istəyinin işartılarıdır”, - deyə Vladislav Kudrik qeyd edir.

Ermənistan mediasında da Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərt şəkildə tənqid olunur.

Lapşin və ermənilərin baş qaldırması

Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası isə erməniləri sözün əsil mənasında, ruh düşkünlüyünə saldı. Lakin bu, həm də Avrasiya İttifaqını və KTMT-ni hədəfə alanların arqumentlərini gücləndirdi.

Hətta hakim Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan Belarusun KTMT-dən çıxarılması məsələsini gündəmə gətirdi.

Müxalifətdən olan deputat Nikol Paşinyan Belarus səfirliyinin önündə etiraz aksiyası keçirmək təklifi ilə çıxış etdi. Həmçinin, İrəvanın Belarusdakı səfirinin geri çağırılmasını tələb etdi.

“İrs” partiyasının deputatı David Sanasaryan isə bildirdi ki, Belarusun bu addımı Azərbaycanın müttəfiqi olaraq qaldığını göstərir: “Lakin Ermənistan bütün bunlara baxmayaraq, Avrasiya İttifaqı və KTMT kimi çürümüş təşkilatlarda qalmaqda davam edir.

Putinin ittifaqında böhran

Vladislav Kudrik yazır ki, baş verənlər böhran vəziyyətdə olan Avrasiya İqtisadi İttifaqının dağılmasının sürətləndirir.

“Rusiyaya qarşı sanksiyalar, neft qiymətlərinin düşməsi və digər iqtisadi problemlər ittifaqa ciddi təsir etdi. Lakin bütün bunların üzərinə siyasi narazılıqları gələndə, artıq bu təşkilatın dağılma prosesinin başlandığını hesab etmək olar”, - deyə o vurğulayıb.

Müəllif yazır ki, Ermənistan hakimiyyəti Rusiyadan ayrılmaq istəməsə də, ictimai narazılıq ciddi nəticələrə səbəb ola bilər.

Erməni ekspertlər də açıq şəkildə Rusiyanı tənqid edir.

“Aravot” nəşrinin rus versiyasının redaktoru Ruben Meqrabyan deyir ki, Avrasiya İqtisadi İttifaqı Ermənistanın maraqlarını təmin etmir. Onun sözlərinə görə, ittifaq əksinə, Ermənistan üçün ciddi təhlükələr yaradır.

Politoloq Stepan Qriqoryan isə ittifaqın işləmədiyini, Ermənistana ciddi iqtisadi itkilər gətirdiyini hesab edir.

R.Meqrabyanın fikrincə, iqtisadi itkilər son nəticədə hakimiyyətin də üzünü Rusiyadan çevirməyinə səbəb ola bilər.

Sarkisyan dilemma qarşısında

Vladislav Kudrik yazır ki, baş verənlər Ermənistan hakimiyyətini dilemma qarşısında qoyub.

“2015-ci ildə Ermənistanda Rusiya əleyhinə “elektromaydan” baş tutdu. Rusiya mediası bunu “rəngli inqilab” cəhdi olaraq şərh etdi. Ermənistan hakimiyyəti çətin vəziyyətdədir. Çünki onlar Rusiyadan üz çevirəndə də, yaxud əhalinin istəyinin əksinə olaraq, Rusiyaya inteqrasiyasını davam etdirəndə də hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalırlar”, - deyə müəllif yazır.

Rusiyalı ekspert Vadim Dubnov hesab edir ki, Ermənistanın Rusiyadan kənar hərəkət etməsi ona baha başa gələ bilər: “Bunu bir çox erməni də başa düşür. Hər şeydən öncə Rusiya ermənilər üçün işləmək və pul qazanmaq yeridir. Onların əksəriyyəti ailələrini məhz Rusiyada qazandıqları pulla dolandırırlar”.

Dubnov qeyd edir ki, Ermənistan hakimiyyətinin yanlış addımı Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməsini şərtləndirəcək.

Ya Sarkisyan devriləcək, ya da...

Erməni ekspertlər də Sarkisyan hakimiyyətinin Kremldən kənar hərəkət edə bilmədiyini, bir sözlə azad olmadığını deyiblər.

S.Qriqoryan deyir ki, Ermənistanda bank sektorunun, energetikanın, ümumilikdə iqtisadiyyatın 80 faizi Rusiyanın əlindədir.

“Ermənistan sərbəst hərəkət etməyə qərar verəcəksə, Rusiya Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın maraqları çərçivəsində həllinə strat verəcək”, - deyə o bildirib.

Lakin erməni politoloq ölkə daxilindəki vəziyyətin partlayış həddində olduğuna da diqqət çəkib: “Hakimiyyət Rusiyanın istəyinə uyğun hərəkət etməyə davam etdikcə, ölkə daxilində siyasi partlayış vəziyyəti yetişir. Xüsusilə vətəndaş cəmiyyətinin fəallığı yüksəkdir. Bu baxımdan, Ermənistanda inqilabın baş verməsi gözlənilir”.

Erməni politoloq hər iki halda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyindən çıxış edəcəyini hesab edir.

“Əgər hakimiyyət siyasi partlayışın baş verməməsi üçün sərbəst addımlar atarsa, Moskva dərhal Qarabağ kartından istifadə edəcək. Yaxud bunun əksi baş verərsə, siyasi inqilab nəticəsində Rusiyameyili hakimiyyət devrilərsə, yenə eyni nəticələr olacaq”, - deyə o bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar