Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Eşşəksən, yoxsa nəsən? Laçını saxlaya bilmirik, Kəlbəcəri istəyirsən?... - Köçəryan

Tarix: 30-01-2017 17:22     Baxış: 8575 A- / A+
“Eşşəksən, yoxsa nəsən? Laçını saxlaya bilmirik, Kəlbəcəri istəyirsən?...




Ermənistan prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri (Levon Ter-Petrosyan administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan Dağlıq Qarabağ münaqişəsinə dair İrəvanın indiki mövqeyini ifşa edən sensasion məqalə ilə çıxış edib.

Virtualaz.org xəbər verir ki, Libaredyanın məqaləsi erməni diasporunun ingilis dilində nəşr olunan “Masis Post” qəzetində dərc olunub. Həmin məqalənin tərcüməsini kiçik ixtisarlarla oxuculara çatdırırıq.

***

...Bizim yeni tariximizdə elə məqamlar var ki, fikrimcə bunlar həlledici rol oynayıb. Həmin məqamların bəzi iştirakçıları hətta bu haqda nəyə görəsə unudublar. Digərləri isə əgər həmin məqamları unutmayıblarsa belə onları öz istədikləri kimi xatırlayırlar: ya çox dumanlı ifadələrlə, ya da onları indiki siyasi tələblərlə uzlaşdırmaqla.

Bu baxımdan indi açıqlayacaqlarım Ermənistan və Dağlıq Qarabağ üçün kritik də olmasa mühüm əhəmiyyət kəsb edir. Bəzi siyasi xadimlər son hadisələri müqayisə edərkən “tarixdən ibrət götürmək” barədə danışırlar. Bu cəhdlər faydasızdır və bir qayda olaraq mənasızdır. Bəzi hallarda isə zərərlidir.

Ona görə də mən hesab edirəm ki, yeni tarixin ən mühüm göstəricilərindən biri ola biləcək hadisələrdən bəhs edim; bu, hətta bəzi “dərsləri” ruhlandıra da bilər.

Mənim məqsədim o deyil ki, bizim komandanın indiki liderlərdən və diplomatlardan daha yaxşı olduğunu sübut edim. Məqsədim 25 illik tarixin vacib məqamları ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. 1997-ci ildə baş vermiş bu hadisə bir daha sübut edəcək ki, Qarabağ münaqişəsinin nizamlanması 20 il bundan əvvəl mümkün idi, hansı ki bu, 2005-ci ildə mümkün deyildi və yəqin elə indi də mümkün deyil.

Madrid prinsiplərinə və onun müxtəlif variantlarına əsaslanan həll yolu tezliklə qeyri-mümkün olacaqmı? Bəs əgər biz indiki düşüncə tərzimizi dəyişməsək və hesablamalarımızda, iş metodlarımızda dəyişiklik etməsək 5 il sonra, yaxud elə günü sabah nə mümkün olacaq? Problem bizim əsgərlərdə, milli ruhda və ya milli maraqlarda deyil.

Məsələ heç bizim diaspora da deyil, hansı ki, Azərbaycanın neftinə və qazına alternativ kimi irəli sürülür. Məsələ bizim öz problemlərimizi həll etmək imkanlarımızda, beynəlxalq və regional münasibətlərin bu imkanlar üçün aktuallığındadır. Məsələ həm də bizim diplomatiyamızdadır, hansı ki, ölkə daxilində biz birgə səylərlə problemin müsbət həll yollarını axtaranda ən yaxşı nəticələr verir.

İndi mən 1997-ci ilin yayında baş vermiş bir görüş haqda xatirələrimi sizlərə çatdırmaq istəyirəm, hansı ki, mənim indi yazdıqlarım həmin görüşdən dərhal sonra götürdüyüm qeydlərə əsaslanır. Ancaq həmin görüş əvvəli baş verən hadisələr haqda burada danışmayacaq, onları hazırda üzərində işlədiyim kitabımda daha ətraflı çatdırmağı qərara almışam.

Qısa xülasə

1996-cı ilin dekabrında ATƏT-i Lissabonda keçirilən sammitində Minsk Qrupu öz təkliflərini irəli sürdü. Həmsədrlər bu təkliflər əsasında işləyib hazırladıqları sülh planını 1997-ci il mayın 29-31-də regiona səfərləri zamanı tərəflərə çatdırdılar. Onlar iyunun 12-13-də yenidən regiona qayıtdılar ki, planının yeni variantını təqdim etsinlər. Çünki Dağlıq Qarabağ birinci variantı qəbul etməmişdi.

1997-ci ildə irəli sürülmüş həmin təklif münaqişənin paket həllini nəzərdə tuturdu. Çünki Bakı və Stepanakert (Xankəndi) uzun müddətdir belə həll variantında israr edirdi, onların hərəsi bu variantdan öz maraqları üçün maksimum yararlanmaq istəyirdi. Tərəflərdən təkcə İrəvan hesab edirdi ki, münaqişə birdən həll oluna bilməz, həll yolu mərhələli olmalıdır, münaqişə imkanlar çərçivəsində mərhələ-mərhələ həllini tapmalıdır. Bu da Ermənistanı və Qarabağı təhlükəli status-kvo vəziyyətindən çıxarmalıydı. İrəvan həm də bildirirdi ki, paket həll variantında Dağlıq Qarabağ üçün müstəqillik statusu nəzərdə tutulmayıb.

Nəticədə İrəvan danışıqlarda aşağıdakı yanaşmaya üstünlük verməyi qərara aldı: beynəlxalq vasitəçilərin təklif etdiyi təklifi bütövlükdə rədd etməmək, onu danışıqların aparılması üçün əsas olaraq qəbul etmək. Lakin danışıqların başlanmasına qədər həmsədrlərlə konkret bəndlərlə bağlı özünün əsaslandırılmış rədd cavablarını və ya düzəlişlərini təqdim etmək. Dağlıq Qarabağ isə hər hansı tərəddüd etmədən Minsk Qrupunun təklif etdiyi planı rədd etməkdə özünü daha sərbəst hiss edirdi. Bununla belə Lissabon sammitindən sonra irəli sürülmüş sülh planı əvvəlkilərdən fərqlənirdi, çünki paket həllə əsaslanırdı və Bakı ilə Stepanakertin tələblərinə uyğun gəlirdi.

Ancaq sonradan Stepanakertdə həmin təkliflərin məzmunu ilə bağlı ciddi narahatlıq yaranmışdı. Qarabağ rəhbərliyi qərara almışdı ki, həmin təkliflərdən imtina etsin. Lakin rəhbərlik ciddi narahat idi ki, İrəvanın yanaşması bu dəfə ciddi nəticələr verə bilər və onlar iyunun 8-də çıxış yolunu tapmaq üçün İrəvanla danışıqlara girdilər.

Mən əhvalatın iyunun 8-dən başlayan əvvəlki hissəsini bir kənara qoyaraq iyunun 14-də İrəvanda keçirilmiş müşavirə haqda ətraflı danışmaq istəyirəm. Səhv etmirəmsə iyunun 14-də səhər saatlarında Qarabağ liderləri təcili olaraq Ermənistan rəhbərliyi ilə görüşmək istədiklərini bildirdilər. Qarabağdan zəng edib dedilər ki, onlar elə bu gün Ermənistan liderləri ilə görüşmək istəyirlər.

İndi mən öz qeydlərimə və yaddaşıma əsaslanaraq həmin görüşü mümkün qədər ətraflı təsvir etməyə çalışacam. Əvvəlcə icazə verin bunu xüsusi qeyd edim ki, həmin görüş mənim yaddaşımda möhkəm həkk olunub, nə qədər çox vaxt keçsə də orada baş verənləri indiki kimi xatırlayıram.

Görüş

Görüş hökumət iqamətgahının həyətindəki kiçik hovuzun ətrafında keçirildi. Dağlıq Qarabağı “baş nazir” və “prezidentin” səlahiyyətlərini icra edən Leonard Petrosyan (Həmin vaxt Dağlıq Qarabağ “prezidenti” Robert Köçəryana Ermənistann baş naziri vəzifəsini tutmaq təklif edilmişdi və Qarabağda yeni prezident seçkiləri hələ keçirilməmişdi) , “xarici işlər naziri” və növbəti “prezident” olacağı gözlənilən Arkadi Qukasyan, “müdafiə naziri” Samvel Babayan təmsil edirdi.

Ermənistan respublikası adından görüşdə prezident Levon Ter-Petrosyan, parlamentin sədri Babken Ararktsyan, müdafiə naziri Vazgen Sərkisyan, dövlət təhlükəsizlik naziri Serj Sərkisyan, xarici işlər naziri Aleksandr Arzumanyan və prezidentin baş müşaviri, Təhlükəsizlik Şurasının katibi kimi mən iştirak edirdim. Belə demək olar ki, əslində bu Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizlik şuralarının birgə iclası idi, hərçənd qeyri-formal iclası idi. Prezidentin protokol xidmətinin rəhbəri Şahen Karamanukyan görüşdə iştirak etmirdi və bu da müşavirənin rəsmi protokolunun yazılmamasının səbəbidir.

Ermənistan prezidenti müşavirəni açdı və Dağlıq Qarabağ rəhbərliyinə üz tutaraq nəyə görə təcili görüşmək istədiklərini soruşdu. Dağlıq Qarabağ rəhbərliyindən heç kim cavab vermədi. Ter-Petrosyan sualını təkrarladı, xatırlatdı ki, məhz Dağlıq Qarabağ liderləri təcili görüşmək barədə xahiş ediblər. Yenə də cavab verən olmadı. Bu dəfə Ter-Petrosyan onların işini yüngülləşdirmək üçün təxminən aşağıdakıları dedi: yəqin ki, bu görüş Dağlıq Qarabağ münaqişəsi ilə, daha dəqiqi Minsk Qrupunun son təklifləri ilə bağlıdır. İcazə verin mən öz variantlarımızı və bu variantların mümkün nəticələrini təqdim edim, sonra biz nə edəcəyimizi müzakirə edərik.

“Eşşəksən, yoxsa nəsən? Laçını saxlaya bilmirik, Kəlbəcəri istəyirsən?...


Ter-Petrosyan bu yerdə özünün sonradan “Müharibə, yoxsa sülh?” məqaləsində əksini tapmış beş ssenari barədə danışdı. Onun analizi paket və mərhələli həll variantlarını əhatə edirdi. Sonra Ter-Petrosyan Dağlıq Qarabağ rəhbərliyindən bu analizə reaksiya verməyi xahiş etdi.

Birinci çıxış edən Ter-Petrosyanla üzbəüz oturmuş Leonard Petrosyan oldu. Köçəryan və Papayan Petrosyandan solda oturmuşdular, Qukasyan ondan sağda idi. Leonard elan etdi ki, Dağlıq Qarabağ rəhbərliyi indiyədək situasiyaya tam kor-koranə baxıb və səhvə yol verib. Ona görə də qərara alıb ki, paket həlli yox, mərhələli həlli qəbul etmək lazımdır.

Ter-Petrosyan heyrətə gəldi. İlk dəfə idi ki, Dağlıq Qarabağ rəhbərliyi bu qənaətə gəlirdi və bunu özləri daxili proseslərdən keçməklə edirdilər. Ter-Petrosyan Leonarddan xahiş etdi ki, bəyanatını bir də təkrarlasın. Leonard belə də etdi, bundan sonra Ter-Petrosyan Qukasyan və Babayandan xahiş etdi ki, onlar da öz mövqelərini bildirsinlər. Qukasyan və Babayan Petrosyanın mövqeyini təsdiqlədilər. Ter-Petrosyan ətrafa baxdı ki, görsün, qalanlar da onun gördüklərinin, eşitdiklərinin şahidi olublarmı?
Bundan sonra Ermənistan prezidenti çıxışına davam edib dedi: “İndi gəlin hamılıqla başa düşməyə çalışaq ki, biz mərhələli həll dedikdə nəyi nəzərdə tuturuq. Biz erməni nəzarətindəki 7 ətraf rayondan 6-nı qaytaracağıq və Laçına nəzarəti saxlayacağıq. Dağlıq Qarabağ özünün bütün hərbi imkanlarını qoruyub saxlayır. Dağlıq Qarabağ üçün və hərbi-siyasi nöqteyi-nəzərdən qaytarılacaq ərazilər üçün maksimum təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Müharibə başa çatacaq, biz Azərbaycanla sülh müqaviləsi bağlayacağıq. Dağlıq Qarabağın yekun statusu sonrakı danışıqlar mərhələsinə saxlanılacaq. Yəni biz əraziləri qaytarıb status almırıq, sülh alırıq”.

Ter-Petrosyan fikrini tamamlayıb Dağlıq Qarabağ liderlərindən soruşdu ki, onlar mərhələli həll dedikdə məhz bunumu başa düşürlər? Onların hər üçü müsbət cavab verdi. Ter-Petrosyan sonra fikrini tamamlayıb qalan görüş iştirakçılarına tərəf üz çevirdi və soruşdu:

“Siz hamınız başa düşdünüz burada nə baş verdi? Atəşkəsin əldə olunmasından bu yana ilk dəfədir ki, Dağlıq Qarabağ və Ermənistan liderləri münaqişənin nizamlanmasına dair tam razılığa gəlirlər. Biz mərhələli həllə bağlı yanaşmanı davam etdiririk və hamımız başa düşürük ki, bu nə deməkdir. Burada bu proseslə razı olmayan kimsə varmı?”. Ter-Petrosyan kimin bu planla razı olmadığını iki, yaxud üç dəfə soruşdu.

Heç kim etiraz etmədi, yalnız Samvel Babayan sonda tərəddüdlə soruşdu: “Biz Kəlbəcəri də saxlaya bilərikmi, hə?” O, çiynini Robert Köçəryanın stuluna söykəyib oturmuşdu, Köçəryan Babayana tərəf döndü (O, Samvelə düz baxa bilməzdi, bunun üçün 180 dərəcə dönməliydi) və dedi: “Sən eşşəksən yoxsa nəsən? Biz heç Laçını həzm edə bilmirik, indi sən Kəlbəcəri də istəyirsən?”

Onun sözünü Ter-Petrosyan kəsdi. “Bir dəqiqə, Robert”. Prezident mənə tərəf döndü və dedi: “Jirayr, sən nə fikirləşirsən, danışıqlarda Kəlbəcəri də saxlamağa nail ola bilərsən?”.

“Mən buna əmin deyiləm”-cavabımda dedim. “Buna cəhd edə bilərəm. İndiyə qədər biz mərhələli həll variantı ilə bağlı 6+1 formulu üzərində işləmişik. Yəni 6 rayonu qaytarırıq, 1-ni saxlayırıq. Mən əmin deyiləm ki, biz bunu 5+2 kimi dəyişə bilərik. Lakin biz 5+1+1 formuluna nail ola bilərik. Yəni 5 rayonu dərhal qaytarırıq, 1-ni saxlayırıq, o birini də “müvəqqəti” saxlayırıq ki, baxaq görək sonra nə olur”.
Beləliklə, yekun mətn işlənib hazırlandı. Ermənistan prezidentinin ümumiləşdidiyi bu prinsiplərə əsaslanan yekun təkliflərin işlənib hazırlanmasına mühüm paytaxtlarda böyük siyasi kapital sərf olundu. Nəhayət Ermənistan və Dağlıq Qarabağ bir-birlərindən ayrı eyni mövqeyə gəlmişdilər. Həmin görüşün yekunlarına dair hazırlanmış mətn ATƏT-in Minsk Qrupunun 1997-ci ilin sentyabrında təklif etdiyi nizamlama variantının əsasını təşkil edirdi.

Əlbəttə, Minsk Qrupu müzakirələrin gedişində bu mətnə dəyişikliklər də etmişdi və ora bizə ya məqbul olmayan, ya qəbulu mümkün olmayan elementlər də daxil olunmuşdu. İrəvan 1997-ci ilin sentyabrında sənədi danışıqlar üçün əsas kimi qəbul edərək ATƏT-ə yaxşı arqumentləşdirilmiş sənədi də təqdim etdi. Orada danışıqlar predmeti olacaq məsələlər əksini tapırdı. Bununla belə 1997-ci ilin sentyabrında təqdim edilmiş sülh planı İrəvanda iyunun 14-də keçirilmiş görüşün nəticələrinə əsaslanırdı. Hansı ki, həmin prinsiplərə nə Ermənistan, nə Dağlıq Qarabağ rəhbərliyindən heç kim etiraz etməmişdi. Məhz həmin prinsipləri ki, sonradan Köçəryan, Vazgen Sərkisyan, və nəhayət sonda Serj Sərkisyan ondan imtina etdi. Bu üçlük sonradan paket həllində israr etməyə başladı və bu da Ter-Petrosyanın istefasına gətirib çıxardı.

Biz bu hadisələri necə interpretasiya edə bilərik və onun aktyorlarının, vasitəçilərinin özlərini belə aparmasından necə dərs çıxara bilərik? Mən bunu tarixçilərin və oxucuların öhdəsinə buraxıram. Bu gün məqsədim hansısa səbəblərdən ortadan yox olmadan həmin faktları təqdim etməkdir. Həmin görüşün iştirakçılarından ikisi-Vazgen və Leonard artıq sağ deyil. Onlar öldürülüblər. Qalanları isə deyəsən görüş haqda unudublar, ya bilə-bilə, ya bilməyərəkdən. Habelə ola bilər ki, bu görüş onlar üçün elə də mühüm deyil, axı heç kim protokol yazmırdı və ümumiyyətlə görüş barədə açıqlama verməmişdi.

Zamanla biz əldə edə biləcəklərimizi itirmişik və itirməkdə də davam edirik. İndi danışıqlar masasında olan təkliflər, istər Madrid prinsipləri olsun, istər onun hansısa variantı, 1997-ci ildə irəli sürülmüş təkliflərdən yaxşı deyil. Hətta bütün detallara malik olmadan da görünür ki, 1997-ci ilin sentyabrında təklif olunan variantda biz bütün Laçın rayonuna nəzarəti əldə saxlayırdıq. Əgər həmin danışıqlar uğurla nəticələnsəydi ATƏT, BMT Təhlükəsizlik Şurası da əldə olunan razılaşmanı dəstəkləyəcəkdi. Beləliklə, həmin sənədin qarantı BMT Təhlükəsizlik Şurası olacaqdı, sənəd beynəlxalq hüququn ekvivalenti statusunu alacaqdı. 1997-ci ildə biz Dağlıq Qarabağın və Laçının statusunun müəyyən edilməsini sonrakı danışıqlara saxlamaqla status-kvonun bu iki bölgədə qalmasına nail olacaqdıq.

Madrid prinsiplərinə görə isə ancaq Laçın dəhlizi ermənilərin nəzarətində qala bilər. 1997-ci il sənədində biz Laçın rayonuna beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tuturduq. İndiki sənəddə isə razılaşmanın qarantının kim olacağı aydın deyil, habelə Ermənistanın rolu aydın deyil. Bundan əlavə 1997-ci ilin dekabrında ATƏT-in Kopenhagendəki müşavirəsində həmsədrlər bizə yazılı formada bildirdilər ki, onlar Kəlbəcər rayonunun statusunu danışıqların ikinci mərhələsinə keçməyə hazırdırlar. Bu da Dağlıq Qarabağın danışıqlarda iştirakını təmin edirdi. Beləliklə də 1997-ci ilin iyun görüşündə qaldırılan yeganə məsələ də bizim xeyrimizə həll olunurdu. Lakin bu da Dağlıq Qarabağ rəhbərliyini qane etmədi.

Başqa məqam da az əhəmiyyət daşımır. 1997-ci ilin sentyabrında təklif edilmiş plana əsasən Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrindən ibarət komissiya mərhələli həll yanaşması əsasında Dağlıq Qarabağın yekun statusunu müəyyən etməliydi. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ veto hüququ alırdı. Madrid sənədində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə dair müddəa yer alır, ancaq göstərilmir ki, bu statusu müəyyən etmək hüququ kimə aiddir, referendum nə deməkdir. Başqa fərqlər də var və indi onların hamısını sadalamağın mənası yoxdur.

Əlbətdə, ötən 20 ildə çox şey dəyişib. Ancaq Ter-Petrosyanın “Müharibə, yoxsa sülh” məqaləsindəki tezislər dəyişməz qalıb. 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibə buna sübutdur. Nələrn dəyişdiyinə gəldikdə biz Ermənistandan davam etməkdə olan mühacirəti, ciddi və dayanıqlı iqtisadi inkişafın olmamasını, həmin məqalənin məntiqini tamamilə aydın edən digər dəyişikləri də nəzərə almalıyıq. Ötən 20 ildə heç bir fundamental problem öz həllini tapmayıb.

Bir məsələ var ki, mən onu tez-tez qaldırıram. Bizim üçün vacibdir ki, Qarabağ münaqişəsini həll edək. Və mümkündür ki, biz onu həll edərkən istədiyimizi alaq, ancaq o da var ki, istədiyimizin hamısını əldə etməyə çalışarkən zəruri olandan da məhrum olaq.

Nəhayət son qeydlər. Bilirəm ki, müxtəlif səbəblərə görə mənim bu məqaləni dərc etdirməyimi istəməyənlər var. Bu səbəblərdən bəzilərinin qanuni əsası ola bilər. Elələri var ki, bu məqalənin dərcinin bu və ya digər prosesə, siyasi xadimə zərər vuracağını düşünür. Arqmentlərə toxunmadan mən aşağıdakıları deyə bilərəm: əgər bizim proseslər elə kövrəkdisə ki, cəmi bir tarixi faktın açıqlanmasına dözə bilməz, o zaman onlar özləri iflasa məhkumdur və mənim köməyimə ehtiyacları yoxdur.

Hər bir siyasi aktyor etdiklərinə və etmədiklərinə görə məsuliyyət daşıyır, dediklərinə və demədiklərinə görə cavabdehdir.Xüsusən də bu və ya digər məqamların ölkəmizin siyasətinə, onun gələcəyinə və sonra xalqın rifahına təsir etdiyi nəzərə alınarsa...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar